23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Yeni icra başçısı sələfinin kadrlarını yoxlatdırır
Tarix: 10-06-2018 12:49 | Bölmə: Slayd
Yeni icra başçısı sələfinin kadrlarını yoxlatdırır

Xəbır verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Xaləddin İsgəndərovdan boşalan posta təyinat alıb.

Qeyd edək ki, yeni icra başçısı Elxan Allahverdiyev “Kapital Bank”ın idarə heyətinin sədri Elşən Allahverdiyevin qardaşıdır.

Reyting.az-ın məlumatına görə, yeni icra başçısı fəaliyyətə başlayar-başlamaz sələfi Xaləddin İsgəndərovun kadrları ilə bağlı araşdırmalara başlayıb.

Bildirilir ki, yeni başçısı təkcə icra və kommunal sahələr üzrə deyil, həm də seçkili orqanlarda keçmiş icra başçısının sadiq kadrlarının müəyyənləşdirməyə çalışır: “Artıq bir çox qurumlarda, o cümlədən yerli icra nümayəndəlikləri və bələdiyyələrdə də yoxlamalar başlayıb. Yeni icra başçısı bu prosesi əhatəli şəkildə davam etdirir. O, hətta ikili tabeçilik daşıyan nazirlik və komitə rəhbərlərini də yoxlamalara cəlb edib. Düşünürəm ki, yaxın həftələrdə bu proses daha da böyük xarakter alacaq”.

Məlumatda bildirilir ki, artıq Binəqədi rayonunu əhatə edən bütün bələdiyyələrdə də təftişə başlayırlar: “Bildiyiniz kimi, bələdiyyə sədrlərinin hamısı Xaləddin İsgəndərovun xeyir-duası ilə həmin postlara seçiliblər. Məhz bu faktor da indi onların karyerasını təhlükə altına atıb. Məsələn, bir neçə gündür ki, paralel olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də bələdiyyələrdə təftişə start veriblər. Maraqlıdır ki, mərkəzin yoxlama heyəti artıq Binəqədi qəsəbə bələdiyyəsini, onun sədri Aytac Əliyevanın ətrafında daha geniş yoxlama aparır”.

Aytac Əliyevanın Xaləddin İsgəndərovanın ən etibarlı kadrlarından olduğunu iddia edən mənbəmiz deyib ki, görünür, məhz bu fakt da onun ilk hədəfə gələnlər arasında olmasına səbəb verib.

Məsələ ilə bağlı İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}