16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirliyin tabeliyindəki Elmi-Tədqiqat İnstitutu ləğv edilib
Tarix: 14-06-2018 20:40 | Bölmə: Slayd
Nazirliyin tabeliyindəki Elmi-Tədqiqat İnstitutu ləğv edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi- Tədqiqat İnstitutu ləğv edilib. Məlumata görə, onun bazasında "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxs statuslu qurum yaradılıb.

Bu, Prezident İlham Əliyev mayın 22-də "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Fərmanından irəli gəlib.

Məlumatda o da bildirilir ki, Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Yayılan məlumatların əksinə olaraq, institutun direktoru Sadiq Salahovun hələlik postunda saxlanıldığı bildirilir:

"İnstitut bu gün ləğv edilərək, bazasında publik hüquqi şəxs yaradılıb. Təhvil-təslim indi başlayır. Buna görə də Sadiq Salahovun vəzifəsindən azad edilməsini demək doğru deyil. Proses yeni başlayıb və ola bilər ki, o, yeni qurumun rəhbəri təyin edilsin".

Reyting.az saytı mia.az-a istinadla xəbər verir ki, bunu KTN-də çalışan şəxslərdən biri deyib.

Nazirliyin tabeliyindəki Elmi-Tədqiqat İnstitutu ləğv edilib

Xatırladaq ki, Sadiq Salahov 1946-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. Həmin rayonda orta məktəbi bitirdikdən sonra 1963-cü ildə Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub və 1968-ci ildə həmin institutu bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnib.

O, 1968-1970-ci illərdə Pambıqtəmizləmə Sənayesi Nazirliyi müəssisələrində çalışıb və "Rəşadətli əməyə görə” yubiley medalı ilə təltif edilib.

1970-1971-ci illərdə Politexnik İnstitutunda müəllim işləyib, 1971-1972-ci illərdə hərbi xidmətdə olub.1972-1977-ci illərdə əmək fəaliyyətini Dövlət Plan Komitəsi Elmi -Tədqiqat İqtisadiyyat İnstitutunda əvvəlcə elmi işçi, sonra bölmə müdiri vəzifələrində davam etdirib.

1977-1983-cü illərdə Respublikada Yüngül Sənaye Nazirliyi «Azərpambıqsənaye» İstehsalat Birliyində «İstehsalat» şöbəsində mühəndis, şöbə müdiri vəzifələrində çalışıb, həmin ilin sentyabr ayından isə Respublika Nazirlər Sovetində çalışıb. 1984-cü ilin sentyabr ayına kimi Nazirlər Soveti işlər idarəsinin Yüngül sənaye şöbəsində böyük referent vəzifəsində işləyib.

1984-cü ilin sentyabrından 1988-ci ilin mart ayınadək Pambıqtəmizləmə Sənayesi Nazirinin müavini, nazirlik istehsalat Birliyinə çevrildikdən sonra isə Birliyin Baş direktorunun müavini vəzifələrində işləyib.

1988-ci ilin martında Kənd Təsərrüfatı Nazirliyi, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna (Az.ETKTİ və Tİ) köçürülüb və 1992-ci ilin oktyabrınadək burada elmi işçi, şöbə müdiri vəzifələrində işləyib.

Həmin illərdə dövrü mətbuatda respublikada pambıqçılığın və üzümçülüyün perspektiv inkişafına dair geniş məqalələrlə çıxış etmiş və pambıqçılığın inkişaf problemlərinə dair 4 elmi məqalə, 2 məcmuə çap etdirib. Onun elmi təklifləri 80-ci illərdə Pambıqçılıq Kompleksinin inkişaf proqramlarında öz əksini tapıb. Məhz bu səbəbdən o, 1992-ci ildə yenidən Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə işə dəvət edilib və burada 1992-1998-ci illər ərzində Pambıq Emalı idarəsinin rəisi, sonralar isə Xarici İqtisadi Əlaqələr Birliyinin Baş direktoru vəzifələrində çalışıb. Burada işlədiyi müddətdə o, Fransanın Toxuculuq Sənayesinin Elmi Araşdırmalar Mərkəzi sayılan (CFDT) Toxuculuq və yüngül sənaye üzrə yarım dövlət təşkilatı ilə birlikdə bazar iqtisadiyyatı şəraitində, Azərbaycanda pambıqçılığın inkişafına dair elmi araşdırmalar aparıb, alınmış nəticələr əsasında birgə hazırlanmış proqram layihəsi Respublika hökumətinə təqdim edilib.

Aqrar islahatla əlaqədar Birlik 1998-ci ildə ləğv olunduğundan 1998-2001-ci illərdə S.V.Salahov qeyri – dövlət müəssisəsində iqtisadi müşavir vəzifəsində işləyib.

2001-ci ilin fevralından-may ayınadək Az.Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda elmi işlər üzrə direktor müavini, may ayından bu günədək isə həmin institutun direktoru vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}