16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanın yeni rəhbərliyi regionu yeni təhlükələrlə üz-üzə qoyur
Tarix: 17-06-2018 09:22 | Bölmə: Slayd
Ermənistanın yeni rəhbərliyi regionu yeni təhlükələrlə üz-üzə qoyur

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.

Məlumata görə, Nikol Paşinyan işğalçıların nəzarətində olan mövqelərə baş çəkib.

Səfər zamanı Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.

Ermənistanın yeni rəhbərliyi regionu yeni təhlükələrlə üz-üzə qoyur

Reyting.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə deyib ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri müharibəyə çağırış kimi qiymətləndirilir:

- Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır.

Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

- Ermənistanın qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdlərinin daxili siyasi vəziyyətlə də bağlılığı vardırmı?


- Əlbəttə. Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Ermənistanın yeni hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}