Pambıqçılar növbəti dəfə kütləvi şəkildə zəhərlənib
Tarix: 23-06-2018 19:00 | Bölmə: Slayd
Pambıqçılar növbəti dəfə kütləvi şəkildə zəhərlənib

Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}