17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu gün Türkiyə böyük sınaq qarşısındadır - Seçkilər başlayıb
Tarix: 24-06-2018 09:16 | Bölmə: Slayd
Bu gün Türkiyə böyük sınaq qarşısındadır

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Reyting.az
xəbər verir ki, prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparırlar.

Əsas mübarizənin hazırkı prezident Ərdoğanla CHP-nin namizədi Muharrə İncə arasında gedəcəyi proqnozlaşdırılır.

Parlament seçkilərinə gəlincə, mübarizə aparan siyasi partiyalar AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur” ittifaqında qatılıb. BBP namizədləri isə “Cümhur” ittifaqında AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət” ittifaqında qatılır.

Böyük ehtimalla əsas mübabizə AKP-MHP-nin yaratdığı "Cumhur" ittifaqı ilə CHP-İYİ-Səadət partiyalarının qurduğu "Millət" bloku arasında gedəcək.

Qeyd edək ki, Türkiyədə 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Bu seçicilərin 56,3 milyonu Türkiyədə, qalanı isə xarici ölkələrdə yaşayır. Bundan əvvəl xaricdəki seçicilər üçün səsvermə prosesi başa çatıb, bülletenlər Türkiyəyə gətirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}