Türkiyədə seçki saxtakarlığı ilə bağlı videolar yayılıb
Tarix: 24-06-2018 14:16 | Bölmə: Siyasət
Türkiyədə seçki saxtakarlığı ilə bağlı videolar yayılıb

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Türkiyə mətbuatı xəbər verir ki, artıq ölkənin bəzi bölgələrində seçki saxtakarlığı haqda məlumatlar var. Hətta Şanlıurfanın Suruç bölgəsində seçki qutularına kütləvi şəkildə saxta bülletenlərin atıldığı barədə videolar da yayılıb. Bundan başqa, İstanbul və digər şəhərlərdə də bir nəfərin bir neçə adamın yerinə səs verməsi haqda faktlar mövcuddur.

Məsələ ilə bağlı Türkiyə Yüksək Seçki Kurulu (YSK) rəsmi açıqlama yayıb. Qurumun sədri Sadi Güvən bildirib ki, yaşanan saxtakarlıqlarla bağlı müvafiq tədbirlər həyata keçirilib. "Suruçdakı bəzi qutuların təhlükəsizliyinin qorunmaması ilə bağlı müvafiq sənədləşmələr aparılıb. Ümumiyyətlə, bu və ya digər iddialarla bağlı bütün lazımlı tədbirlər görülür",- deyə S. Güvən bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}