17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Gəncə hadisələrinə görə 9 nəfər tutulub
Tarix: 12-07-2018 21:34 | Bölmə: Slayd
Gəncə hadisələrinə görə 9 nəfər tutulub

İyulun 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Gəncəyə gedərək, orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyiblər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilib. Məruzədə qeyd olunub ki, Gəncədə baş vermiş qanlı cinayəti törədənlərdən 9 nəfər tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib:

"Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncədə asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər. Onlar Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına dövlətimizin başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}