14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Şair-dramaturq baş prokurora son məktubunu yazıb
Tarix: 14-07-2018 18:30 | Bölmə: Slayd
Şair-dramaturq baş prokurora son məktubunu yazıb

Ramiq MUXTAR
Prezident təqaüdçüsü, Gürcüstan Respublikasının «Şərəf» ordeninin sahibi, Rəsul Rza adına Beynəlxalq Mükafatın Laureatı

Bir cinayətin izi
Yaxud baş prokuror Zakir Qaralova sonuncu məktub


Müstəqil ölkəmizin baş prokuroru, üzümü Sizə tutub demək istəyirəm ki, Gəncədəki son hadisələr xalqımızın Cümhuriyyət bayramı ovqatını korladı. İcra başçısına güllə atılırsa, mən bunu Siz qanun keçikçilərinin peşəkarlıqdan çox-çox kənar fəaliyyətinizdə görürəm. Çünki bundan xeyli qabaq Prezidentin səsi gizli yazılırdısa, mən bu qənaətə gəlirəm ki, şəxsən Siz baş prokuror kimi, Fikrət Məmmədov ədliyyə naziri kimi, Fuad Ələsgərov qanunlara nəzarət edən bir şəxs kimi fil qulağında şirin-şirin yatmısınız. Türkün topu atılsa belə, ayılmayacaqsınız. Çünki Siz əminiz Zahid müəllimə, Fuad Ələsgərov və Fikrət Məmmədov isə başqa şəxslərə görə həmin vəzifələrə təyin olunsanız da, işinizin öhdəsindən gələ bilmirsiniz.

Cənab baş prokuror! Mənim Sizə yazdığım məktub və teleqramlarım Baş Prokurorluqda artıq cildləşib. Yazıçı Süleyman Rəhimovun «Şamo» romanından qat-qat qalın bir sənəd toplusunu xatırladır.

Düz 6 ildir ki, Yazıçılar Birliyində mənzil komissiyasına rəhbərlik edən, yazıçı olmayan Rauf Aslanovun cinayət əməllərini faktlarla göstərməklə onun həbs olunmasını Sizdən xahiş edirəm, Siz isə mənzil fırıldağı ilə iki milyon manatdan çox pul mənimsəyəni deyil,valideyndən 60 manat istəyən bağça müdirəsini həbs edirsiniz.

Bu hadisədən mən bütün gecəni yata bilmədim. Öz anamı, bacımı həmin bağça müdirəsinin yerində gördüm. Halbuki ölkədən gəmi ilə, təyyarə ilə pul çıxaranlarla 60 manat istəyində olan o qadının cəzasının fərqinə varmadan, onu həbs etdiniz.

Bəyənmədiyimiz sovet döründə mənzil növbəsində duranların siyahısı Rayon İcariyyə Komitəsinin divarından asılırdı. Polis rəisi də bilirdi ki, ondan qabaq növbədə hərbçi müəllim Kərim kişidir. Özündən sonra isə Əməkdar mədəniyyət işçisi Məmməd Hümbətovdur.

İndi müstəqil dövlətimizdə Yazıçılar Birliyində mənzil növbəsində duranların siyahısı yazıçı Anarla, Səbail rayonunun icra başçısı (keçmiş) Sahib Ələkbərovun birgə təsdiq etdiyi yeganə siyahı 11 aprel 2002-ci il tarixində həmin təşkilatda hazırda masanın üstündədir. Rauf Aslanov isə o qanuni siyahını kənara ataraq, özündən saxta bir siyahı düzəldib bizə çatacaq 9 mənzilin hər birini 100 min manata sataraq, 36 adam arasında hər kəsə 25 min manat verəcəyini bəyan etmişdi. Halbuki o bina Daxili İşlər Nazirliyinin yanındadır və ən ucuz qiyməti 250 min manatdır.

Bəs həmin 36 nəfər kimdir? Mənzil növbəsində dayanmayan və mənzilə ehtiyacı olmayan Fikrət Qocanın qardaşı Hamlet, oğlu Yalçın, Yazıçılar Birliyinin Kadrlar şöbəsinin müdiri Arifə Əliyeva, Maliyyə şöbəsinin müdiri Gülşən Bağırova və s. Çox qəribədir ki, o adamlara 25 min manat pulları şəxsən öz ciblərindən veriblər. Çünki heç bir notarius tərəfindən mənzillərin alqı-satqı əməliyyatı aparılmayıb.

Mən və mənim şair dostum Tofiq Nurəli 25 min manatdan imtina edərək, iclası yarımçıq tərk etdik. Tofiq Nurəli ilə mən bir neçəildir ki, qəzetlərdə və sosial şəbəkələrdə öz hüquqlarımızın bərpası üçün mübarizə aparırdıq. Lakin son vaxtlar Tofiq mübarizəsini dayandırdı. Mənə çatdırdılar ki, onun qardaşı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev olduğuna görə, ona mənzil verilib və tapşırılıb ki, heç yerdə danışmasın və Ramiq Muxtarın bundan xəbəri olmasın. Mənim isə belə hökmlü qardaşım olmadığına görə, ölkəmizin Birinci xanımı Mehriban Əliyevaya məktub ünvanlandım ki, Səbail Rayon İcra Hakimiyyətində qanuni mənzil növbəsinə duranların siyahısını tələb etsin və onda Rauf Aslanovun mənzillərlə bağlı fırıldağının üstü açılacaq və mən qanuni mənzilimi alacağam.

Cənab Qaralov, vaxtilə biz yazıçılar bu qalmaqallı hadisədən Sizə yazmışdıq. Siz isə həmin məktubu Səbail Rayon Prokurorluğuna göndərmisiniz. Həmin rayonun sabiq prokuroru Şirxan Adıgözəlov mənə bildirdi ki, Ramiq müəllim, get, Qaralovdan xahiş et ki, bu məktubu Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərsin: “Onlar bu cinayəti araşdırıb sənə çatacaq mənzili versinlər, ya da səni böhtançı kimi cəzalandırsınlar. Mən isə Baş Prokurorluğa məktub göndərdim ki, Yazıçılar Birliyində heç bir qanun pozuntusu yoxdur. Mən gedib Anardan izahat alan deyiləm. Rauf Aslanov isə prokurorun o sənədini əlində bayraq edərək, Yazıçılar Birliyində mənzil bölgüsündə heç bir saktakarlığın olmadığını yazaraq, məhkəmələrə təqdim edir”.

Halbuki Səbail Rayon Prokurorluğunun müstəntiqi Əhməd Məmmədov, ilk növbədə, gedib Səbail Rayon İcra Hakimiyyətindən mənzil növbəsində dayananların siyahısını tələb etməli idi. O isə otağında özü-özü ilə şahmat oynayırdı. Oranın əməkdaşları mənə dedilər ki, onun oğlu şahmat üzrə qrossmeyster olduğuna görə kabinetin qapısını bağlayıb özü-özü ilə şahmat oynayır.

Mənim şikayətimə baxan hakimlər də Səbail Rayon Prokurorluğunun sənədinə baxdıqdan sonra qorxularından, haqqı üzə çıxara bilmədilər. Sağ olsun Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovu. «Reytinq» qəzetində dərc olunan «Saxtakarlıqdan əl çəkin» başlıqlı məqaləmə haqq qazandırdı və onların mənə qarşı olan iradını rədd etdi. İndi mən Səbail Rayon Məhkəməsinə müraciət etmişəm ki, qanuni mənzilimi alım və məni şəkər, qanqrena xəstəliklərinə düçar etdiklərinə görə, Yazıçılar Birliyindən və Səbail Rayon Prokurorluğundan 300 min manat təzminat ala bilim.

Çox qəribədir ki, məhkəmədə Rauf Aslanova vəkillik edən Yazıçılar Birliyinin hüquqşünası Şəmsi Vəfadar da həbs olunub. İndi Səbail Rayon İcra Hakimiyyətindən Prezident Administarsiyasına qanuni sənədin göndərilməsini gözləyirəm. Onda kimin cəzalanacağını Böyük Allah bilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}