16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ali Attestasiya Komissiyasının növbəti saxtakarlığı; Deputat və icra başçısının elmi işi şübhə doğurur
Tarix: 21-07-2018 01:11 | Bölmə: Cəmiyyət
Ali Attestasiya Komissiyasının növbəti saxtakarlığı; Deputat və icra başçısının elmi işi şübhə doğurur

Artıq iki gündür sosial şəbəkələrdə müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi müzakirə olunur. Düzdür, bir qədər əvvəl bu təkzib olundu.

Belə ki, Ali Attestasiya Komissiyası (AAK) xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Komissiyanın Aparat rəhbəri Arif Quliyev bildirib ki, yayılan fotolardakı imza onun deyil.

Xalq artistinin elmi ad məsələsinə rəmsi reaksiya verilib təkzib olunsa da, bu məsələ diqqəti ölkə elminin üzərinə yönəldib. Artıq sosial şəbəkələrdə saxta yollarla elmi ad alan bir çox məmurlarla bağlı tənqidi şərhlər verilir.

Ən diqqətçəkən şərhi isə “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev yazıb.

O, özünün “facebook” səhifəsində xalq artistinin elm ad almasından təəcüblənmədiyini yazaraq, iki maraqlı fakta diqqəti çəkib:

“Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə? Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?

Birini deyim: Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur.

Yaxud Adil Əliyev 44 yaşında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alanda niyə təəccüblənmədiniz?”.

Xatırladaq ki, hazırda Beyləqan rayonunun icra başçısı olan Vaqif Əliyevin 40 yaşında ali məktəbi bitirərək çox qısa zamanda elmi ad alması uzun zamandır mətbuatın diqqətindədir. Çoxları icra başçısının elmi işlərini şübhə altına alır. Bununla yanaşı, Etibar Əliyevin deputat Adil Əliyevin 44 yaşında necə hüquq üzrə fəlsəfə doktoru adını almasına diqqət çəkməsi də maraq doğurmaya bilməz.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}