Gəncə hadisələri ilə əlaqədar daha 8 nəfər tutulub, 1 nəfər öldürülüb
Tarix: 21-07-2018 21:50 | Bölmə: Cəmiyyət
Gəncə hadisələri ilə əlaqədar daha 8 nəfər tutulub, 1 nəfər öldürülüb

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən verilən birgə məlumata görə, cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib:

"Anar Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.

Gəncə hadisələri ilə əlaqədar daha 8 nəfər tutulub, 1 nəfər öldürülüb

Hadisə yeri və meyitə baxış zamanı A. Bağırovun üzərindən 1 ədəd "Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb”.

Məlumata görə, hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}