16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir Sahil Babayev kadr dəyişikliyi edib - Təyinatlar
Tarix: 12-08-2018 00:56 | Bölmə: Cəmiyyət / Xəbərlər
Nazir Sahil Babayev kadr dəyişikliyi edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda diqqətçəkən daha iki dəyişiklik edib.

Reyting.az
saytı mia.az-a istinadla xəbər verir ki, Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevi vəzifədən kənarlaşdırıb. Artıq A. Xasayevin yerinə təyinat da olub.

Qeyd edək ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi bir müddət əvvəl olub. Belə ki, Fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsində çalışmış Cavid Abdullayev gətirlib.

C. Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.

Adıçəkilən Fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında olacağı gözlənilir. İddia olunur ki, həmin vaxt Fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinatın olacağı bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}