ABŞ-İran qarşıdurması bölgədə gərginliyi kritik həddə çatdırır
Tarix: 13-08-2018 19:22 | Bölmə: Slayd
ABŞ-İran qarşıdurması bölgədə gərginliyi kritik həddə çatdırır

ABŞ-ın İrana artan təzyiqləri, Türkiyənin iki nazirinə sanksiya tətbiqi fonunda bölgədə vəziyyət xeyli mürəkkəbləşib. Xüsusən ABŞ prezidenti Trampın “İranla iş görən ölkələr ABŞ-la iş görə bilməyəcək”,- təhdidindən sonra genişmiqyaslı sanksiya tətbiqini də imzalaması vəziyyəti daha gərginlləşdirib. Artıq bir çox ölkələr, o cümlədən rəsmi Tehranın ən yaxın müttəfiqlərindən sayılan İraqın Heydər əl İbadi hökuməti belə, İranla bank əməliyyatlarını dondurmaq məcburiyyətində qalıb.

Avropa, Çin, Türkiyə və Rusiya İrana qarşı sanksiyalara qoşulmayacaqlarını bəyan etsələr də, Trampın qərarı öz təsirini göstərməkdədir. Artıq Türkiyə və Rusiyada milli valyuta ciddi şəkildə ucuzlaşır, ölkədə inflyasiyanın həddini cilovlamaq problemə çevrilib. Yəni bu ölkələrdə də ciddi dalğalanma yaranıb.

Maraqlıdır, belə bir məqamda ciddi siyasi və iqtisadi təlatümlər yaşayan İrana necə dəstək veriləcəkmi? Və yaxud İranın da iştirak etdiyi bir neçə beynəlxalq layihələrin taleyi necə olacaq?

Hadisələrin belə cərəyan etdiyi məqamda ABŞ prezidenti Tramp demək olar ki, hər gün İrana qarşı təzyiqlərin daha da artacağını bildirir. Tramp təzyiqi belə əsaslandırır ki, İran dünyada terroru maliyyələşdirir, bölgədə, xüsusi ilə Suriyada sülhün bərqərar olmasına mane olur və s.

“Mən dünyada sülhün təmininə çalışıram”,- deyən Tramp bununla bərabər, İrana dəstək verən ölkələri də sanksiyalarla təhdid edir. Eyni zamanda, İran xalqını hakimiyyətə qarşı üsyana səsləyir və açıq şəkildə deyir ki, İrandakı rejim dəyişməyənə qədər basqılar davam edəcək.

Bu təzyiqlərin nəticəsidir ki, artıq İranı yüzlərlə böyük şirkətlər ya məcburən tərk edib, ya da tərk etmək üzrədir. Söz yox ki, Avropa İttifaqı həmin şirkətləri qoruyacaqlarını bəyan etsə də, hələlik bu məsələdə də ciddi dönüşə nail ola bilməyiblər. Rusiya və Çin isə ABŞ-ın “dollar basqısı”ndan qurtulmaq üçün ikitərəfli ticarətdə milli valyutanı işə salmaq istəyirlər.

Bu arada ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiya və Çini təhdid edib. Bildirib ki, bu ölkələr ABŞ-ın kosmosdakı fəlaiyyəti də daxil olmaqla, bir çox məsələlərdə ölkəsinin milli maraqlarına zərbə vurmağa çalışırlar.

Maykl Pens bəyanatının sonunda belə bir cümlə işlədib: “Tarix sübut edir ki, ən yaxşı sülh güc vasitəsi ilə gəlir”.

Göründüyü kimi, ABŞ sülhü əldə etmək üçün güc tətbiqini ən üstün variant sayır. O üzdən ekspertlər düşünür ki, ABŞ İrana təzyiqləri daha da artırmaqda qərarlı olacaq.

ABŞ-İran qarşıdurması bölgədə gərginliyi kritik həddə çatdırır

Rəsmi Tehran isə ABŞ-ın bu təzyiqlərinə boyun əyməyəcəyini deyir. Ruhani açıq şəkildə bəyan edib ki, ABŞ-a etibar etmək, onunla bir masa arxasında oturmağın mənası yoxdur:

“ABŞ-ın indiki hərəkəti belədir ki, elə bil bir adamı bıçaqla vurur, sonra deyir ki, indi gəl oturub danışaq. Əvvəlcə sən İrana vurduğun bıçağı (sanksiyaların geri çəkilməsi mənasında deyir – müəllif) çıxar, sonra danışmaq olar”.

Ruhani deyib ki, ABŞ bu əməllərinə görə çox peşman olacaq.

Ruhani və İranın Ali Dini Şurasının ABŞ-ın basqılarının ölkədə ciddi problem yaratmayacağını bəyan etməsinə baxmayaraq, proseslər əks təsəvvür yaradır. Artıq İranın milli valyutası rekord həddə ucuzlaşıb, iri şirkətlərin ölkədən çıxması və İran neftinin xarici bazarda satışına tətbiq edilən sanksiyaların yaratdığı psixoloji vəziyyət iqtisadiyyatın digər sahələrində də böyük problemlərə yol açmaqdadır.

Belə bir məqamda isə daxildə də “qaynaşma” artıq pis həddə yetişib

ABŞ-İran qarşıdurması bölgədə gərginliyi kritik həddə çatdırır

Diqqətçəkən məqam budur ki, artıq Ali Dini Şuraya yaxın nüfuzlu şəxslər də hərəkətə gəliblər. Onlar iqtidarı ölkəni fəlakətə sürükləməkdə ittiham edirlər. Məsələn, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hazırki prezident Həsən Ruhanini istefaya çağırıb.

Eks-prezident sosial şəbəkədə yayımladığı videoda iqtisadi böhranın səbəbkarı kimi Ruhanini göstərib:


“Ruhani anbarların və xəzinənin boş, hökumətin isə borcu olduğunu söylədi. 5 il keçib. Xalqın seçkilərdəki səsinə hörmətim səbəbindən səssiz qaldım. Ölkəmizin bizdən daha önəmli olduğunu göz önünə gətirərək heç nə söyləmədim. Ancaq ölkənin iqtisadiyyatı dağılmaq üzrədir. Xalqın inamı sıfıra bərabərdir. Davamlı olaraq düzgün olmayan sözlər danışır. Xalq bundan narazıdır.

Cənab Ruhani, xalq sizə inanmır. Bunu başa düşməyiniz üçün nə deyim? Prezident postunda qalmağınız həm ölkənin, həm də sizin ziyanınıza olacaq. Bəlkə də bunun ən yaxşı yolu prezidentlikdən getməyinizdir”.

Məlum olduğu kimi, son illər Azərbaycan İranla həm Xəzərdə, həm də quruda bir neçə beynəlxalq layihələr həyata keçirir. Bəs, bu layihələrə ABŞ-ın sanksiyaları təsir edə bilərmi?

ABŞ-İran qarşıdurması bölgədə gərginliyi kritik həddə çatdırır

Məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Reytinq”ə deyib ki, artıq uzun illərdir Azərbaycan həyata keçirdiyi möhtəşəm qlobal layihələrlədünyanın diqqətini özünə cəlb edə bilib. Sahib olduğu enerji resurslarından səmərəli şəkildə istifadə edərək həm özünün, həm də regionun inkişafını, təhlükəsizliyini təmin edən Azərbaycan beynəlxalq təşkilatların və əksər dövlətlərin əsas tərəfdaşlarından birinə çevrilib:

“Bu gün dünyanın güc mərkəzləri ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edir, bu münasibətlərin daha da genişlənməsinin vacibliyini bildirirlər. Sözsüz ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən və bir çox dövlətlərin iştirakçısı olduqları, artıq dünyanın enerji xəritəsini dəyişən "Cənub Qaz Dəhlizi” layihəsi beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyəmühüm töhfədir”.

V. Rəhimzadənin sözlərinə görə, bu il açılış mərasimləri keçirilən "Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən layihənin əsas seqmentlərindən biri olan TANAP ölkəmizin enerji resurslarının Avropaya çatdırılmasında mühüm vasitədir: "Cənub Qaz Dəhlizi” layihəsi, onun əsas seqmentləri olan "Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, TANAP və TAP Avropa İttifaqı üçün prioritet enerji layihələridir.

Məlum olduğu kimi, bu layihə vasitəsilə "Şahdəniz-2” yatağından hasil olunacaq qaz Türkiyəyə və oradan da Avropaya çatdırılacaq. Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi” layihəsi ilə ilk mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql ediləcək. "Cənub Qaz Dəhlizi” layihəsinin, o cümlədən TANAP-ın açılış mərasimlərində iştirak edən dövlət və hökumət başçıları "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Göründüyü kimi, layihəni ABŞ, Avropa yüksək səviyyədə dəstəkləyir, onun önəmini bir daha diqqətə çatdırır”.

Müsahibimiz vurğulayıb ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalarının "Cənub Qaz Dəhlizi”nə aid edilməməsi layihənin əhəmiyyətini bir daha ortaya qoyur:

"Məlum olduğu kimi, "S&P Global Platts” agentliyi ABŞ prezidenti Donald Trampın müvafiq qərarına istinadən məlumat yayıb ki, İrana qarşı yeni sanksiyalar "Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Məlumatda bildirilir ki, layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə vəCənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların "Cənubi Qaz Dəhlizi”nin təbii qaz mənbəyi olan "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. ABŞ prezidentinin bu qərarında "təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz "Cənub Qaz Dəhlizi” nəzərdə tutulur. Bir daha vurğulamaq lazımdır ki, "Cənubi Qaz Dəhlizi” layihəsi dünya səviyyəsində dəstəklənir, yüksək qiymətləndirilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}