16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkə təhsilində dəyişiklik baş verib
Tarix: 08-09-2018 15:43 | Bölmə: Slayd
Ölkə təhsilində dəyişiklik baş verib

İmtahanların nəticələrində və təhsil haqlarında ciddi fərq yaranıb


Bir neçə gündən sonra ölkəmizdə yeni tədris ilinə start veriləcək. Hər yeni tədris ili ötən tədris ilinə uyğun olaraq başlayır ki, növbəti illə bağlı gözləntilər də ötən ilin nəticələri ilə analiz edilə bilər. Ona görə də ötən tədris ilinin nəticələrinə baxaq.

2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70 797 nəfər iştirak edib. Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri əvvəlki illərə nisbətən normal olsa da, ümumilikdə o qədər də ürəkaçan deyil.

Məlumat üçün bildirək ki, imtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28 007, II ixtisas qrupu üzrə 19 858, III ixtisas qrupu üzrə 18 099, IV ixtisas qrupu üzrə 4833 nəfər olub. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.

Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35 790 nəfər ( 50,6 faiz) təşkil edib ki, bu da ötən illə müqayisədə 6,7 faiz, 2015-ci ildəki göstəricidən 10,6 faiz, 2014-cü ildəki göstəricidən 11,3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34 475 nəfər, 2015-ci ildə 33 198 nəfər, 2014-cü ildə isə 32 159 nəfər təşkil edib.

Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər olub.

Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6,6 faiz, II ixtisas qrupu üzrə 4,6 faiz, III ixtisas qrupu üzrə 7,8 faiz, IV ixtisas qrupu üzrə 10,9 faiz artıb.

Ölkə təhsilində dəyişiklik baş verib

Təhsil üzrə ekspert Kamran Əsədov “Reytinq”ə deyib ki, bu il qəbul imtahanlarında 3.127 abituriyent 600 baldan yuxarı nəticə göstərib. O bildirib ki, statistik təhlilə görə, son beş ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb:

“Eyni zamanda, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin imtahan ballarında xeyli artım olub. Bu dövrdə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da ciddi artım müşahidə edilib. Belə ki, ötən il müsabiqə şərtlərini ödəyən və tələbə statusu qazanmaq hüququ olan abituriyentlərin (imtahanlarda 200 baldan artıq nəticə göstərənlər) sayı 35.790 nəfər olduğu halda, cari ildə bu göstərici 6,7 faiz artaraq 38.201 nəfər təşkil edib”.

Qeyd edək ki, cari ildə keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticəsinə əsasən, I-V ixtisas qrupları üzrə 40.806 abituriyent tələbə adını qazanıb.

Bununla yanaşı, son beş ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlükdə tələbə qəbulunun keyfiyyət göstəricilərində (keyfiyyət göstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir) də nəzərəçarpacaq dərəcədə artım (18,2 faiz) müşahidə olunur.

Ekspert onu da deyib ki, 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ilinə nisbətən ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində dayanıqlı artım var. Belə ki, son beş ildə qəbul imtahanlarında 300-dən çox bal toplayanların sayı 26,5 faiz, 400-dən çox toplayanların sayı 35,1 faiz, 500-dən çox toplayanların sayı 51,5 faiz, 600-dən çox toplayanların sayı 81,3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir.

Cari ilin qəbul imtahanlarında 3.127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 29 abituriyent 700 bal toplayıb. Ötən il bu göstərici 15 nəfər olub.

Ölkə təhsilində dəyişiklik baş verib

K. Əsədov ali təhsil ilə bağlı da fikirlərini bölüşüb. O, öncə təhsil haqlarının artması ilə bağlı narahatlığını ifadə edib:

“Bu il ali məktəblərin bakalavr pilləsi üzrə təhsil haqları artıb. Belə ki, Bakı Dövlət Universitetinin bütün ixtisasları üzrə 100 manat artım olub, yalnız III ixtisas qrupunda Hüquq ixtisasının həm plan yeri 30, təhsil haqqı isə 200 manat , Tarix müəllimliyi ixtisasının həm plan yeri 30, təhsil haqqı isə 200 manat artıb. BDU-da korreksiyaedici təlim ixtisasının plan yeri 20, təhsil haqqı isə 300 manat yüksəlib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dillər Universitetində təhsil haqları artmasa da, plan yerləri 10-15 faiz (müəyyən ixtisaslar üzrə) artıb.

Bakı Slavyan Universitetində III ixtisas qrupunda Azərbaycan Dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə plan yeri 10, təhsil haqqı isə 100 manat artıb”.

Bu il IV ixtisas qrupu üzrə də yenilik və dəyişikliklər olub.

Yeni ixtisaslara gəlincə, bunlar aşağdakılardır:


1. Bitki mühafizəsi;

2. Bağcılıq və tərəvəzçilik.

IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb:

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsil haqqı 4500 AZN (2017 də 3000 AZN idi).

2. Stomotologiya: 15 yer (217-də 85 yer idi), 70 yer azalıb. Təhsil haqqı 4000 AZN (2017-də 3000 AZN idi).

3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb.Təhsil haqqı 4000 AZN (2017-də 3000 AZN idi).

4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb.Təhsil haqqı 4000 AZN (2017-də 3000 AZN idi).

I və II ixtisas qruplarında İqtisad Universitetinin ixtisaslarında təhsil haqqı artmasa da, plan yerləri artıb.

V ixtisas qrupunda Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil haqları artmasa da, plan yeri 2017-ci ildə 925 yer olsa da, 2018-ci ildə plan yeri kəskin şəkildə - 250 yer artaraq 1175 olub.

2018-ci il üzrə ən yüksək təhsil haqqı ADA Universitetindədir - 6500 manat. Sonrakı yerdə “Xəzər” Universiteti gəlir ki, orda da yüksək təhsil haqqı 5000 manatdır. Ondan sonra Bakı Dövlət Universitetidir - hüquq ixtisası 4500 manatdır. Ölkədə ən ucuz ixtisas isə 1000 manatdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}