17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ailə qurmaq istəyən 18809 gənc nikaha yararsız olub - Statistika
Tarix: 13-09-2018 10:20 | Bölmə: Slayd
Ailə qurmaq istəyən 18809 gənc nikaha yararsız olub

2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib.

Reyting.az xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat Xidməti müayinədən keçənlərdə aşkar olunan xəstəliklərlə bağlı məlumatları açıqlayıb.

Nazirliyin məlumatına görə, 93 min 138 nəfərdən 2 min 773 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.

Nikahdan əvvəl 242 nəfərdə siflis xəstəliyi aşkar olunub. 8 ayda nikaha girmək istəyənlərdən 105 nəfərdə isə HİV1/2 (QİÇS) xəstəliyinin qeydə alındıgı bildirilir.

Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edilib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik edilib.

Həmin dəyişikliyə əsasən 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını da təsdiqləyib. Həmin qaydalarda tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.

Tibbi müayinələrin Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində pulsuz həyata keçirildiyi bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}