Ümumrusiya Azərbaycanlıları Konqresinin əvəzinə yeni təşkilat yaradılır
Tarix: 16-09-2018 15:01 | Bölmə: Cəmiyyət
Ümumrusiya Azərbaycanlıları Konqresinin əvəzinə yeni təşkilat yaradılır

“Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti ləğv olunandan sonra qərara gəldik ki, yeni təşkilat yaradaq. Hazırda yeni təşkilatın qeydiyyatdan keçməsi ilə bağlı işlər aparılır. Bu sahədə səylərimizi əsirgəmirik”.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ləğv edilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı katibi olmuş İlqar Hacıyev deyib.

İ. Hacıyev bildirib ki, ÜAK ləğv olunsa da, yeni yaradılacaq təşkilata onun adını vermək barədə də fikirləri var.

“Ümumrusiya Azərbaycanlıları Konqresini 2001-ci ildə yaratmışdıq. O təşkilat bizim üçün hər şey idi. Ətrafımızda nə qədər ziyalı toplaşmışdı. Amma ümid həmişə var. Yeni təşkilatımıza bir neçə ad düşünmüşük. Həmin adlar içində ÜAK adı da var”.

İ. Hacıyev qeyd edib ki, yeni təşkilatın qeydiyyat məsələsi həll edilməyib: “Hər şey tam həllini tapan kimi ictimaiyyətə bu barədə məlumat verəcəyik. Yeni təşkilatımızın yaranmasına hər yerdən dəstək var. Rusiyadakı səfirliyimiz də bizə dəstək olur. Hər kəs bizi yenidən görmək istəyir”.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə yaradılıb.




Bölməyə aid digər xəbərlər