Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri - Fotolar
Tarix: 17-09-2018 12:25 | Bölmə: Slayd
Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri

Diktatorlar və onların ailələrinin dəbdəbəli həyatı ictimaiyyət üçün maraqlıdır. Reyting.az saytı bu dəfə İraqın keçmiş prezidenti Səddam Hüseynin həyatına işıq salır:

“Helikopter meydançası, gülləkeçirməz illüminatorlu 27 yataq otağı, qızıldan çəkilən kranlar, kiçik teatr, bir neçə hovuz və namaz qılmaq üçün otaq, eləcə də sualtı qayığa tərəf keçid”, - “Forbes” jurnalının versiyasına görə, bir vaxtlar dünyanın ən zəngin adamlarından biri sayılan İraqın keçmiş diktatoru Səddam Hüseynə məxsus onlarla yaxtadan biri belə olub.

İraqın keçmiş lideri dəniz gəzintisindən başqa hədsiz bağ həvəskarı idi (özü də yeni növ qızılgül yetişdirirdi), Qərb ölkələrinin bahalı kostyumlarını xoşlayırdı, dəbdəbəli avtomobillər, qədim və müasir silah kolleksiyası yığırdı. Diktatorun sözlərinə görə, onun həyatda ən çox sevdiyi şey damağında Havana siqarı avtomobillə Bağdad küçələrindən yüksək sürətlə keçməsi olub.

Hüseynin daha bir ehtirası kitaba idi. 2018-ci ilin əvvəlində sosial şəbəkədə tiranın özünün yazdığı “Zabiba və kral” sevgi romanı tapılıb. Diktator 160 səhifəlik romantik əsəri 2000-ci illərdə qələmə alıb. Hadisələr bir neçə yüz il əvvəl baş verir. Əsas qəhrəman açıq-aşkar Hüseynin özüdür. Süjetə görə, hər gecə onun yanına Zabiba adlı kənd qızı gəlir, onlar din haqqında, millətçilik və xalqın rolundan söhbət edirlər.

Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri

Hüseyn həm də özü və yaxınları üçün gözəl və zəngin saraylar ucaltmağı da sevirdi. Onun 24 illik mütləq hakimiyyəti zamanı 80-dən çox iqamətgah tikilib. Bununla belə, ərəb KİV-ləri iddia edirlər ki, onların sayı iki dəfə çox ola bilər. Amerikalıların sonradan “dindarların sarayı” adlandırdığı Respublika sarayının altında “Xirosimadakı kimi baş verə biləcək nüvə hücumuna tab gətirə biləcək” bunker yerləşib.

Sui-qəsdlərdən qorxan və iki gecəni dalbadal bir yerdə gecələməməyi üstün tutan diktator üçün bu qədər dəbdəbəli saray və villa lazım idi. Sonradan bu sarayların bir hissəsi dəbdəbəli otellərə çevrilib, bəzi villaları Amerika hərbçiləri öz ehtiyacları üçün istifadə edir, diktatorun iqamətgahından biri isə ABŞ-ın dünyadakı ən böyük səfirliyinin binasına çevrilib.

Diktatordan geri qalmayan oğlanları

Damağında Kuba siqarı küçələrdə avtomobillə şütüməyi diktatorun oğlanları da xoşlayırdılar: onlardan ötrü azadlıq adasından xüsusi qutularda siqar gətirərdilər. Diktatorun böyük oğlanları Udey və Qusey İraq liderinin varisi ola bilərdilər, bunun üçün heç bir qadağa mövcud deyildi. Onlar özlərinə rəva bildikləri hər şeyi edə bilirdilər. Udeyin təkcə barmağındakı brilyantın dəyəri yarım milyon dollar idi. Diktatorun böyük oğlunun kolleksiyasında 10 min bahalı maşın olub.

Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri

Diktatorun oğlunun bir əmri kifayət idi ki, onun yataq orağına xoşuna gələn istənilən qadını gətirsinlər. Onları birbaşa küçədən də oğurlaya bilərdilər. Müqavimət göstərəni öldürürdülər. Diktatorun oğlunu vəhşiliyə meylli gənclər siyahısına yazırdılar. Danışırlar ki, o bir dəfə günahı olan iki nəfəri ölənədək döyüb, İraqdakı gizli həbsxanada işgəncələr verirdi. Məxfi polisə rəhbərlik edən Qusey böyük qardaşından geri qalmazdı: şayiələrə görə, o da müxalifətə qarşı qəddar cəza aksiyalarında iştirak edib.

Amma əyləncələr heç də həmişə cəzasız qalmırdı. Bir dəfə Udey marixuana, heroin və digər narkotiklərin qəbul edildiyi əyləncə gecəsində zarafat etmək adı ilə bir neçə nəfəri güllələyərək öldürüb, bir neçəsini də yaralayıb. Bundan Udeyin dayısına da pay düşüb. “Qəzəbdən sadəcə, ürəyim əsirdi, onda mən onun bütün maşınlarını yandırmağı əmr etdim”, - keçmiş liderin mühafizəçilərinin sözləri belə idi.

Cinayətkar oğulun atasının qəzəbinə necə reaksiya verdiyi məlum deyil. Lakin nəyə görəsə sevinməli idi: onun kolleksiyasında fərdi sifarişi əsasında hazırlanan yüzlərə “Rolls-Royce”, “Ferrari” və “Porsche” avtomobili var idi.

Hesabda qalan 12 dollar

Amerikalılar Səddam Hüseynin ailəsinə məxsus külli miqdarda pulun hara getdiyi haqda hələ də baş sındırırlar. KİV-dəki xəbərə görə, ABŞ-ın İraqa girməsinə iki gün qalmış - 2003-cü il martın 18-də gecə yarısı Bağdaddakı Mərkəzi Bankın binasına 3 yük maşını gəlib. Onlardan birində oturan diktatorun kiçik oğlu Qusey bankirlərdən nağd milyard dollar vermələrini tələb edib. Onlar sözsüz tabe olublar. Pulun olduğu çamadanların maşına yığılmasına bir neçə saat gedib. Həmin gecə bu cür əməliyyatlar ölkənin bütün iri şəhərlərində aparılıb: valyuta və qızıl çıxarılıb. Həmin gün diktatorun vəkilləri İsveçrə, Livan və Niderlanddakı banklarındakı hesablarını boşaldıblar.

Amerikalılar diktatorun və onun ailəsinin hesabında nə qədər pul olduğunu öyrənməyə cəhd edəndə məlum olub ki, orada cəmisi 12 dollar qalıb. Səddam Hüseynin klanı kapitalını neftin satışından əldə edib: dövlət başçısı 1991-ci ildə İraqın “qara qazıl” ixracının gəlirinin 5 faizini öz cibinə yığıb. Bundan başqa, iş yalnız neftlə bitməyib. Diktator və onun ailəsi ölkəyə gətirilən istənilən məhsulun 5 faizini alıb.

Bütün iraqlıların prezidenti

1956-cı ildən inqilabi fəaliyyətlə məşğul olan İraqın ən nüfuzlu siyasətçilərindən biri Səddam Hüseyn 1968-cı ildə, növbəti çevrilişdən sonra prezident olub. O zaman hakimiyyətə “BAAS” Ərəb Sosialist Dirçəliş Partiyası (Səddam 1966-cı ildə onun təhlükəsizlik xidmətinə rəhbərlik edib) gəlib. Səddam Hüseyn 1969-cu ildə inqilab şurasının sədr müavini və “BAAS” partiyası baş katibinin müavini, sonra İraqın vitse-prezidenti olub.

Mütləq hakimiyyət uğrunda mübarizə üçün 10 il gedib. Səddam Hüseyn 1979-cu ildə öz status-kvosunu qanuniləşdirərək formal prezident Əl-Bakranı “xəstəliyinə görə” istefaya göndərib (ölkədə danışırdılar ki, qocanı, sadəcə ev dustağı ediblər) və işə başlayıb. İraqın rəhbəri vitse-prezident olanda etnik, dini və sosial əlamətlərinə görə parçalanma təhlükəsi ilə üzləşən ölkəni birləşdirməyi bacaran səmərəli və mütərəqqi siyasətçi sayılırdı. Neftin qiymətinin artması sayəsində İraqın milliləşdirilimiş neft sənayesi pul içində çimirdi. İqtisadiyyat sürətlə artıb, təhsil və səhiyyə pulsuz olub. İraqlıların həyat səviyyəsi elə yüksəlib ki, 1982-ci ildə hətta Səddam Hüseynə YUNESKO-nun mükafatı təqdim edilib.

Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri

Diktatorun siyasəti hamının xoşuna gəlməyib, lakin narazıların nazı ilə oynamayıblar: dissidentlərə işgəncə veriblər və qan içində boğublar. Qərb KİV-lərinin məlumatına görə, Səddam Hüseynin hakimiyyətdə olduğu zaman ölkədə hökumətin fəaliyyətinə mənfi qiymət verməkdə şübhəli bilinən 230 minə yaxın insan ölüb. 1970-ci illərin axırında hakimiyyəti tam öz əlində cəmləşdirməklə İraqı təkbaşına idarə etməyə başlayıb. Ölkədə şəxsiyyətə pərəstiş çiçəklənib: bütün məkanlarda Səddam Hüseynin heykəlləri vardı, xəstəxanalar, məktəblər və digər dövlət müəssisələri onun adına idi, divarları diktatorun portretləri bəzəyirdi.

Neftin qiyməti aşağı düşməyə başlayanda İraq iqtisadiyyatı başqa ölkələrin sanksiya tətbiqi səbəbindən tədricən bərbad vəziyyətə düşüb. Buna baxmayaraq, bu vəziyyət Səddam Hüseynə və onun ailəsinə təsir göstərməyib.

Səddamın bədxərcliyi haqqında əfsanələr qoşmuşdular. O, pulları sağa-sola xərcləyirdi. Səddam xarici liderlərə və özünün köməkçilərinə qızıldan avtomat qələm və brilyantla bəzədilən “Rolex” saatı bağışlayırdı. İraqın tiranı Zambiya prezidenti Kenneta Kaundeyə ağzınacan hədiyyələrlə dolu təyyarə göndərib. Afrika lideri də borclu qalmayıb və Hüseynə şəxsi cadugərini göndərib.

Lakin cadugərlik ayinləri və tilsimləri kömək etməyib. 2002-ci ildə ABŞ prezidenti oğul Corc Buş bəyan etdi ki, İraq “şər” oxunda yerləşir və Səddam Hüseyni kütləvi qırğın silahlarının hazırlanmasında, terrorçularla əlaqədə günahlandırdı. Artıq bir il sonra amerikalılar BMT Təhlükəsizlik Şurasından razılıq almadan qondarma bəhanə ilə İraqa daxil oldu. Bir neçə həftə sonra Səddam Hüseyn rejimi devrildi.

Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri

Bütün şəhərlərdə keçmiş diktatorun heykəllərini uçurur və divarlardakı portretlərini cırırdılar. Səddam Hüseynin, eyni zamanda çar və Allah olduğu ölkə bir neçə həftə ərzində çökdü, yaxınlarda İraq liderinə əbədi sədaqət və məhəbbət nümayiş etdirənlər hamıdan əvvəl onun heykəllərini dağıtmağa başladılar. İraq tiranının özünü doğma şəhəri Tikritdə yeraltı sığınacaqda tapdılar. Amerikalılar devrilmiş diktatoru həbsxanaya göndərdi və 2006-cı il dekabrın 30-da edam etdilər. İraqın şimalındakı Mosul şəhərində amerikalılardan gizlənməyə çəhd edən Udey və Qusey də xilas ola bilmədilər: onları 2003-cü ildə öldürdülər. Tiranın oğlanlarını əmisi oğlu şeyx Məhəmməd az-Zeydanın satdığı iddia edilirdi.

Dağıdılmış səltənət: Səddam Hüseynin sarayları, qadınları və sirləri

Taleyin rişxəndi ilə Səddam Hüseynin edamından 10 ildən çox keçəndən sonra diktatorun İraqdakı idarəçiliyini getdikcə daha çox səmimiyyətlə xatırlayırlar. “The Financial Times”in yazdığına görə, Bağdadda yerli sakinlərin çoxu ölkədə indi baş verənlərin Səddam Hüseynin vaxtındakından daha pis olduğunu iddia edir. İraqlıların fikrincə, əgər o hakimiyyətdə qalsaydı, ölkə qorxulu vətəndaş müharibəsindən qaça bilərdi. Sadə sakinlər üçün tiran xaosun qarşısını ala biləcək güclü lider idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}