Şimali Koreya liderinin qardaşının öldürülməsində Rusiya izi tapıldı
Tarix: 17-09-2018 21:36 | Bölmə: Siyasət
Şimali Koreya liderinin qardaşının öldürülməsində Rusiya izi tapıldı

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Rusiya Şimali Koreyanın xüsusi xidmətinə ölkənin lideri Kim Çen Inın qardaşı Kim Çen Namın öldürülməsində yardım edib.

“Şimali Koreyanın Kim Çen Namın qətlini icra etməsi Rusiyanın dəstəyi ilə olub. Rusiya Şimali Koreyaya bioloji maddələr verib”, - Reyting.az bildirir ki, Heyli BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalar üzrə iclasında söyləyib.

Bundan başqa, Heylinin Rusiyanın BMT-nin Koreya Xalq Demokratik Respublikasına qarşı davamlı və genişmiqyaslı pozuntuları ilə bağlı da sübutları var.

Ehtimala görə, Moskva Şimali Koreyaya qanunsuz neft məhsullarının alınmasında köməklik edib.

Kim Çen Nam 2017-ci il fevralın 13-də Kuala-Lumpur hava limanında öldürülüb. Onun dərisində kimyəvi silah kimi beynəlxalq konvensiya ilə qadağan olunmuş VX zəhəri aşkar olunub.




Bölməyə aid digər xəbərlər
16-10-2018, 20:23 Paşinyan istefa verdi