12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
“Etimad İsmayılovun qətlindən sarsılmışıq”
Tarix: 20-09-2018 09:22 | Bölmə: Cəmiyyət
“Etimad İsmayılovun qətlindən sarsılmışıq”

“İlyas İsmayılovun oğlunun qətli ilə bağlı gecədən məlumatı var. Hələ də hadisənin şokundayıq”.

Bunu Ədalət Partiyasının sədri, sabiq millət vəkili, eks-nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlə yetirilməsindən danışarkən partiyanın Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

O vurğulayıb ki, hadisənin təfərrüatları ilə bağlı dəqiq məlumat yoxdur:

“Qətl Türkiyədə törədilib. Türkiyə mətbuatından məlumatları izləyirik. Cinayət işi açılıb və qətli törədən şəxsin yaxalandığı barədə məlumat yayılıb. Polis araşdırmanı davam etdirir. Hadisə ötən gecə saatlarında baş verdiyindən ətraflı məlumat əldə etmək imkanımız olmayıb”.

“Etimad İsmayılovun qətlindən sarsılmışıq”

M. Rəhimli bildirib ki, İlyas İsmayılov və ailəsi hazırda Azərbaycandadır:

“Hazırda dəfn işlərinə hazırlıq görülür. Güman ki, bu gün mərhumun nəşi Azərbaycana gətiriləcək. Etimad İsmayılovun qətli ağır hadisə olduğundan hamımız sarsılmışıq”.

Qətlin baş vermə səbəblərinə gəlincə, M. Rəhimli mərhumun və ailəsinin hansısa şəxslərlə ədavətinin olmadığını diqqətə çatdırıb:

“İlyas müəllimin və ailəsinin də şübhələndiyi, anlaşılmazlıq yaşadığı şəxslər olmayıb. Əgər hər hansı problem olsaydı, bu barədə əvvəldən məlumatımız olardı”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.(Modern.az)




Bölməyə aid digər xəbərlər
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq