Aparat rəhbəri vəzifədən çıxarılıb - Təyinat+Yenilənib
Tarix: 20-09-2018 12:35 | Bölmə: Slayd
Aparat rəhbəri vəzifədən çıxarılıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad edilib.

BŞİH-dən xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilsə də, BŞİH-də başqa vəzifəyə təyin olunub. Rasim Quliyevin yeni vəzifəsi barədə isə açıqlama verilməyib.

R. Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Əvvəllər "Səs” qəzetnin baş redaktor müavini, sonra Səbaildəki 30 saylı Dairə Seçki Komissiyasının sədri olub. Daha sonra BŞİH-də Aparat rəhbəri təyin edilib.(Modern.az)
===
Rasim Quliyev də faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

“Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R. Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

“Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}