Hacıbala Abutalıbov büdcə vəsaitlərini oğurlayıb - İddia
Tarix: 24-09-2018 18:00 | Bölmə: Cəmiyyət
Hacıbala Abutalıbov büdcə vəsaitlərini oğurlayıb

"Dünənki hadisə bir daha göstərdi ki, Azərbaycanda bu günə qədər infrastrukturların hamısı kosmetik dəyişiklikdən başqa bir şey deyil”.

Reyting.az
saytı xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünənki yağış zamanı Bakı şəhərində yaranmış problemə (bəzi əraziləri su basmışdı-red.) münasibət bildirərkən deyib.

H. Hacıyev iddia edir ki, Bakının o vaxtkı icra başçısı Hacıbala Abutalıbov şəhərin abadlaşdırılmasına ayırlan pulları havaya sovrub:

"Dünən gördünüz ki, Hacıbalanın şəhəri on dəqiqəyə suyun altında qaldı. Dəfələrlə demişik ki, Azərbaycan hakimiyyətinin daxilindəki məmurlar yalandan kosmetik nəsə edirlər, bu da axırda dövlətin başına qaxınc olur”.

Partiya sədrinin sözlərinə görə, dünənki hadisə bir daha göstərdi ki, Azərbaycanda bu günə qədər görülən işlər kosmetik dəyişiklikdən başqa bir şey deyil:

“Hacıbala Abutalıbov Bakıya ayrılan pulları yeyib, yalandan hər şeyin üstünü ört-basdır edib. Dünən yağış yağdı, bu gün-sabah qış fəsli gələcək, amma Bakının problemlərinin hamısı olduğu kimi qalıb. Bir sözlə, dövlət büdcəsindən ayrılan pullar havaya sovrulub. Niyə Bakı dünən bu vəziyyətə qalmalı idi, hara baxır Bakının rəhbərliyi? Bunlar Azərbaycan dövlətinin büdcəsini oğurlayıb yeməklə məşğuldurlar?! Kanalizasiya sisteminin normal vəziyyətdə olmamasına görə Bakıda həyat iflic oldu, insanların evinə su doldu, nəqliyyatın hərəkətində problemlər yarandı. İnsanlar küçələrdə qalmışdılar. Bəs onların nalayiq sözlərini bu məmurlar eşitmədimi?!”

Hacıbala Abutalıbov büdcə vəsaitlərini oğurlayıb

H. Hacıyev qeyd edib ki, belə məmurlar ölkə başçısına minus gətirirlər: “Arı şirəyən yığılan kimi, bunlar da dövlətin büdcəsini talan edib dağıdırlar, xalq da hər şeyi birinci şəxsdə görür. Amma bu düzgün yanaşma deyil. Nəyə görə dünən insanlar yığılıb Hacıbalanın dədəsini qəbirdən çıxartmadılar?! Bu məsələlərə məsul şəxslər niyə maraqlanmırlar?!

Bakının kanalizasiya sistemi bərbad vəziyyətdədir. Ölkə başçısı bununla bağlı bir neçə gün öncə fərman imzaladı. Biz bunlardan danışanda niyə bizi top atəşinə tuturlar, çünki bunlarda milli qürur, qeyrət yoxdur. Nə qədər ki, hakimiyyətdə, hökumət üzvlərində milli qeyrət yoxdur, ölkənin problemi həll olunmayacaq. Ölkə başçısı çox ciddi işlər görür, pullar ayırır, amma bunlar heç biri səmərə vermir. Bakıya milyardlarla pullar ayrılıb. Dünən on dəqiqəlik yağışla Bakı su altında qaldı”.

H. Hacıyev bildirib ki, əksər sahələrdə vəziyyət acınacaqlıdır:

“Görəsən, xalqın dünənki nalayiq söyüşləri Hacıbalaya, rayon icra hakimiyyətlərinin başçılarına çatdımı? Çatmadı, çünki onların villaları hündürdə tikildiyindən onlara belə şeylər təsir eləmir. Azərbaycan xalqını belə sınaq qarşısına qoymaq olmaz. Bunlar xalq arasında narazılıq yaradır.

Necə olur "Azərenerji” sahəsində belə problem yaranır? Yağış yağır, metroları su basır, işıq olmur, deyirlər ki, hər şey yaxşıdır. Bu gün heç nə yaxşı deyil, hər şey bərbad vəziyyətdədir. Biz istəyirik ki, Azərbaycanda hər şey yaxşı olsun, amma bunun əksini görürük, hər şey pisliyə doğru gedir. Bunu da edən məmurlardır. Onlar ölkə başçısının ətrafına yığılıb və imkan vermirlər ki, ölkə başçısı xalqla birlikdə olsun. Məmurlar bunu qəsdən edirlər, ölkə başçısını nüfuzdan salmağa çalışırlar, xalqla prezident arasında sədd qoyublar, imkan vermirlər ki, xalqla prezidentin birliyi real şəkildə təmin olunsun. Ölkə başçısına düzgün məlumat vermirlər. Bu gün elə vəziyyət yaranıb ki, məmurları prezidentin əleyhinə işləyirlər. Onları adları ilə deyə bilərəm ki, kim harda nə iş görür, kim hansı müxalifət partiyasını canlandırır. Nə qədər ki, ölkə başçısının ətrafında bu iylənmiş məmurlar var, həmişə belə hadisələr olacaq - Bakını su basacaq. Rayonlarda vəziyyət Bakıdan da pisdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}