16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xanım nazir müavini təyin olunub
Tarix: 24-09-2018 18:57 | Bölmə: Cəmiyyət
Xanım nazir müavini təyin olunub

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni dəyişiklik olub.

KTN-nin mətbuat katibi Anar Hüseynov bildirib ki, nazirliyin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

Xatırladaq ki, İlhamə Qədimova Bakı şəhərində anadan olub.

1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}