17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının şikayətini araşdırır
Tarix: 25-09-2018 13:12 | Bölmə: Cəmiyyət
Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının şikayətini araşdırır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan bəzi vətəndaşların işləri üzrə kommunikasiyaya başlayıb. Bunlar əsasən AXCP üzvü Turan İbrahimovun 7 sutka həbsi, D18 Hərəkatının üzvü Qədir Ağakişiyevin 1 ay həbsi, xuliqanlıq ittihamı ilə 5 il həbs edilmiş Seymur Həzi, Bakıya qayıdarkən saxlanılan və DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində səhərədək dindirilən jurnalist İzolda Ağayevanın işləri ilə bağlıdır.

Reyting.az
xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

Prezident Administarsiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin qaçaqmalçılıq ittihamı ilə həbsi və ilahiyyatçı Sərdar Babayevin işi üzrə kommunikasiyaya başlanılıb.

Bunu vəkil Cavad Cavadov bildirib. Onun sözlərinə görə, S. Babayevin Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrə qadağa), 5.1, 5.3, 5.4 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası); 9 (vicdan azadlığı); 10 (fikrin ifadə olunması azadlığı); 11 (toplaşma azadlığı) və 14-cü (diskriminasiyaya qadağa) maddələri üzrə hüquqlarının pozulmasının tanınması məsələsi qaldırılıb.

S. Babayev 2017-ci il fevralın 22-də həbs edilib və CM-in 168.1-ci maddəsi (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd) 3 il müddətinə mühakimə olunub. O, xaricdə təhsil aldığı üçün dini ayinləri qanunsuz icra etməkdə ittiham olunub. Lakin müdafiə tərəfi bildirib ki, bu qadağa onun təhsil aldığı vaxtdan sonra tətbiq edilib. Digər tərəfdən, Qafqaz Müsəlmanları İdarəsinin bir sıra vəzifəli şəxsləri xaricdə dini təhsil alıblar.

Bundan əlavə, 2017-ci ilin mayında qanunvericiliyə məhdudiyyət yumşaldılıb və hazırda QMİ-nin razılığı ilə xaricdə təhsil alanların dini mərasimlər keçirməsinə icazə verilir.(Mənbə: Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}