16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın Rusiyadan aldığı silah və hərbi texnikanın sayı açıqlanıb - Siyahı
Tarix: 25-09-2018 20:23 | Bölmə: Cəmiyyət
Azərbaycanın Rusiyadan aldığı silah və hərbi texnikanın sayı açıqlanıb

Rusiya Azərbaycanın hərbi-texniki məhsul aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur.

Reyting.az
bildirir ki, Azərbaycan Rusiyadan 5 milyard dollardan çox dəyəri olan hərbi məhsul alıb.

Azərbaycan hazırda Rusiyanın silah bazarında ən böyük tərəfdaşlarından biridir.

Stokholm sülh problemlərinin araşdırılması institutunun (SIPRI) dəyərləndirməsinə görə, 2006-2016-cı illərdə Azərbaycanın müdafiə məhsullarının idxalında Rusiyanın silah payı təxminən 22 faiz olub.

SSRİ-nin süqutundan sonra – 1991-ci ildən 2005-ci ilədək Rusiya Azərbaycana silah verməyib. 2005-2010-cu illərdə Azərbaycanın güc strukturları üçün yeni istehsal olunan helikopterlər alınıb: Gömrük komitəsi üçün bir Mi-172, Fövqəladə Halla Xidməti üçün 3 “Mi-171B” və Daxili İşlər Nazirluiyi üçün 3 “Mi-17-1B”.

2008-ci ildə xilasedicilər həm də Rusiyadan yeni istehsal olan “Be-200ÇS” təyyarə-amfibiya, 2010-cu ildə isə iki “Ka-32A” helikopteri alıb. 2007-ci ildə Azərbaycan Rusiya Müdafiə Nazirliyindən 62 ədəd “T-72B” tankı, 4 “BREM-1” zirehli təmir-evaukasiya maşını, eləcə də 6 ədəd yedəyə alınan 152 millimetrlik “Msta-B” qaubitsa alınıb. 2008-2010-cu illərdə yeni istehsal olan 70 ədəd “BTR-80A” zirehli avtomobili və “KamAZ” hərbi avtomobilləri göndərilib. Bundan əlavə, müqavilə üzrə 2010-cu ildə Azərbaycan tərəfi tank əleyhinə “Kornet-E” kompleksi alıb.

Məlumata görə, 2009-cu ildə Azərbaycana iki divizion “S-300” zenit raket sisteminin (hər birində 4 buraxılış qurğusu) alınması ilə bağlı müqavilə imzalanıb və sifarişçi 2010-2011-ci illərdə bunu alıb. Ekspertlər bu sövdələşmənin dəyərini 100 milyon dollar qiymətləndiriblər.

Həmin illərdə imzalanan böyük müqavilə paketi çərçivəsində Azərbaycan tərəfi Rusiyadan 2013-2018-ci illərdə quru qoşunları üçün yeni istehsal olunan silahların böyük hissəsini əldə edib: 100 ədəd “T-90S” tankı; 118 ədəd “BMP-3” piyadaların döyüş maşınları; 230 ədəd “BTR-82A” zirehli avtomobili; 116 artilleriya sistemi, o cümlədən 152 millimetr kalibrli “Masta-S” özüyeriyən qaubitsa; 120 millimetr kalibrli 18 ədəd özüyüriyən “Vena” silahı; 18 ədəd 300 millimetr kalibrli “Smerç” reaktiv yaylım atəş sistemləri döyüş maşını; 24 ədəd “Solntsepek” ağır alovsaçan “TOS-1A” sistemli hərbi maşın.

Bu paketə iki divizion “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksi, 152 millimetr kalibrli “Msta-B” yedəyə alınan haubitsalar, 120 millmetr kalibrli “Sani” daşınan minaatanlar, avtonəqliyyat, mühəndis əmlakı, “BREM-1M” və “BREM-l” təmir-evaukasiya maşınları, “İMP-3M” mühəndis maşınları və sursat daxil olub.

2010-cu ildə imzalanan ayrıca müqavilə üzrə Azərbaycan Rusiyadan sərhəd xidməti üçün 24 ədəd “Mi-35M” döyüş helikopteri (2011-2013-cü illərdə göndərilib, müqavilənin dəyəri 360 milyon dollardır) və 71 ədəd “Mi-17-1B” çoxməqsədli helikopter (40 ədədi hərbi-hava qüvvələri üçün, 20-si sərhəd xidmətinə, 6-sı dövlət mühafizə xidmətinə, 5- Daxili İşlər Nazirliyi üçün).

Bundan əlavə, o zaman hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə paketi imzalanıb. Həmin paket üzrə 2011-2012-ci illərdə Azərbaycan 300 buraxılış qurğuları və 1500 “İqla-S” zenit raket kompleksi əldə edib.

2010-cu ilin noyabr ayında Rusiya və Azərbaycan tərəfi ölkədə lisenziyalı silah buraxılmasını razılaşdırıb. Bura 2011-2021-ci illərdə 120 min “AK-74M” avtomatının yığılması da daxildir.

Ölkədə silahların yığılması haqqında, xüsusən 2011-2021-ci illərdə - 120 min ədəd 5,45 mm 2011-ci ildə Azərbaycanın “BMP-1” və “BMP-2” parkının modernləşdirilməsi üçün müqavilə imzalanıb. Bundan sonra yeni “Berejok” döyüş bölməsi və “Kornet-E” tankvuran raket kompleksi alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}