Əməkdar artist güllələnib - Reanimasiyadadır
Tarix: 26-11-2018 00:25 | Bölmə: Şou-biznes
Əməkdar artist güllələnib

Naməlum şəxsin öldürməyə cəhd etdiyi Dağıstanın əməkdar artisti Maşidat Omarasxabova Mahacqala ikinci şəhər xəstəxanasının reanimasiyasına yerləşdirilib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə respublikanın Səhiyyə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Dağıstanın əməkdar artisti xəstəxanaya qarın boşluğundan güllə yarası ilə gətirilib. Müğənnini evinin həyətində öldürməyə cəhd ediblər.

37 yaşlı Maşidat Omarasxabova Həmzət Sadası adına Avar musiqili-dram teatrında çalışır.

Reyting.az




Bölməyə aid digər xəbərlər