Ruhi Sibel Canı Bakıya gətirir - Səbəb
Tarix: 14-12-2018 21:45 | Bölmə: Şou-biznes / Xəbər lenti
Ruhi Sibel Canı Bakıya gətirir

Populyar müğənni Sibel Can Bakıda konsert proqramı ilə çıxış edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə iş qadını kimi tanınan Ruhi Əliyeva Instaqramda məlumat verib.

O, bildirib ki, konsert 2019-cu ildə martın 8-də baş tutacaq.

Ruhi xanım bildirib ki, bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edərək, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşüb: “Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun oldu, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağızdolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Məşhur türk müğənnisi Sibel Canın konsert proqramı 2019-cu ilin 8 martında Bakıda baş tutacaq”.

Biznes-ledi qeyd edib ki, yaxın günlərdə bu barədə əlavə məlumat verəcək. “Əminəm ki, sibelsevərlər konsertin baş tutmasını səbirsizliklə gözləyir”, - deyə Ruhi bildirib.




Bölməyə aid digər xəbərlər