Sevda Ələkbərzadənin ailəsı dağılır
Tarix: 18-01-2016 16:07 | Bölmə: Şou-biznes / Xəbərlər

 

Əməkdar artist Sevda Əlkəkbərzadə ilə həyat yoldaşı arasında "soyuq küləklər” əsir.

 Reyting.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni boşanmaq barədə vəkilinə müraciət edib.

ABŞ-da bizneslə məşğul olan Kamiyar Sevda Ələkbərzadə ilə tez-tez görüşə bilmədiyi üçün, cütlük arasında söz-söhbətlər yaranmağa başlayıb.

Hətta iş adamı müğənninin anasının yas mərasiminə də gəlməyib.

Kamiyar sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları da silib.

Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayır.

Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü ötən ilin may ayında ailə həyatı qurmuşdu.

Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}