Mətanət Əsədovanın sevgisi yalan çıxdı
Tarix: 29-01-2019 18:07 | Bölmə: Şou-biznes
Mətanət Əsədovanın sevgisi yalan çıxdı

Müğənni Mətanət Əsədova bir müddət əvvəl yeni eşq yaşadığını, ikinci dəfə ərə getməyə hazırlaşdığını desə də, onun bu istəyi baş tutmayacaq. Çünki ifaçının yalan danışdığı üzə çıxıb.

Reyting.az
xəbər verir ki, bunu M. Əsədova özü "ATV Şou" verilişində etiraf edib. O, həyatında heç kimin olmadığını, hazırda “eşq sarayı”nın tənha sakini olduğunu bildirib: “Mən bir kərə sevildim, o da getdi. Kaş həyatıma yazılardı, onu özüm itirdim. Həmin insanın başqa bir işi var. Evləndi... Allah mənim xoşbəxtliyimi ona yazsın. Çünki 4-5 il mənə xoşbəxtlik yaşatdı. Mən özümü xoşbəxt qadın kimi hiss etdim”.

Əsədova onun gedişindən sonra özünü xoşbəxt saymır:

"Bir geyinəndə, bir də efirə çıxıb mahnı oxuyanda xoşbəxt oluram. Əslində isə çox bədbəxt insanam. Mən səhnədə öləcəm. Ya ürəyim partlayacaq, ya da oxuyanda öləcəm. Bir gün özümə vaxt ayırmadım, istirahətə getmədim. İllərlə tək həyat yaşamışam. Özümü yaşamamışam, onları yaşadım”.

Qeyd edək ki, Mətanət "5/5" verilişində həyatında yeni sevginin olduğunu və ərə getməyə hazırlaşdığını açıqlamışdı. Aparıcı Zaur Kamal isə ona yalan danışdığını desə də, ifaçı etiraz etmiş, həqiqət olduğunu demişdi.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}