17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İlhamə Quliyevanın bacısı xəbərdarlıq etdi - Miras mübahisəsi yenidən qızışır
Tarix: 10-06-2016 14:04 | Bölmə: Şou-biznes


"Bizim nə Orxanla söhbətimiz olub, nə də onun vəkilini tanıyırıq".

Reyting.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva miras məsələsində qohumların razılığa gəlindiyi haqda yayılan məlumatlara münasibət bildirərkən deyib. Müğənninin bacısı Orxan Nadirovun vəkili Habil Vəliyevin uydurma, şayiə xəbər yaydığını deyərək xəbərdarlıq da edib:
"Orxan Nadirovun vəkili özündən söz uydurur. Bu barədə heç bir məsələ olmayıb və söhbət də olmayıb. Heç kəslə nə danışılıb, nə də söhbət edilib! İlhamə Quliyevanın mirası nə böyük bir şey olub ki, camaatı maraqlandırır?! Orxan Nadirovun vəkili yalandan, özündən şayiələr buraxmasın!"
Mərhum müğənninin vəkili Elmira Məmmədova da məsələ ilə bağlı açıqlama verib. Vəkil bildirib ki, miras haqqında yayılan son məlumatlar barəsində gün ərzində Orxan Nadirovla görüşüb, məsələyə aydınlıq gətirməyə çalışacaq.
Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun vəkili Habil Əliyev modern.az saytına açıqlama verərək bildirib ki, vərəsəlik iddiasında olan digər qohumlar, o cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva birgə razılığa gəliblər:
"Mən onların ailə məsələlərinə qarışmıram. Bəzi nüanslar var ki, ailədaxili məsələ olduğu üçün onları açıqlamaq səlahiyyətində deyiləm. Xalq artistinin vərəsəlik iddiasında olan bacıları və digər qohumları var. Amma bildiyim qədəri ilə qohumlar arasında soyuq münasibətlər aradan qalxıb. Onların əksər hissəsi, o cümlədən xalaları Orxan Nadirovu dəstəkləyir və onu qəbul edirlər. Ümumiyyətlə, qohumlar Orxanı çox istəyirlər. Güman edirəm ki, yaxın müddətdə bu barədə ictimaiyyətə məlumat veriləcək".
Miras qalmaqalında daha çox cənfəşanlıq edən Əli Mirəliyevə gəldikdə, vəkil onun vərəsəliyə iddialı olmadığını, ümumiyyətlə, qanunun buna yol vermədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artistinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Luimizin" markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}