07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanlı müğənniyə efir qadağası qoyulub – Səbəb
Tarix: 21-08-2016 13:47 | Bölmə: Şou-biznes / Xəbərlər

Gənc müğənni Rövşən Civişovun səsi artıq bir neçə aydır ki, Türkiyədən gəlir. Müğənni səhnə fəaliyyətini Türkiyədə davam etdirir. Deyilənə görə, türklər ona Azərbaycanda efirə çıxmağa qadağa qoyublar.

Bəs, bütün bunlara R.Civişov nə deyir?

Müğənninin sözlərinə görə, o, necə vaxtdır ki, Türkiyənin böyük şirkətlərinin biri ilə müqavilə imzalayıb: "Bundan sonra Türkiyədə daha çox fəaliyyət göstərəcəyəm".

Türkiyəyə Türk İş Adamları Birliyinin dəvəti ilə gəldiyini deyən müğənni artıq Birliklə müqavilə də bağlayıb:

"Həmin müqaviləyə görə, mənə Azərbaycanda televiziyaya çıxmağa icazə vermirlər. Türkiyədə məşhur proqramlarda, telekanallarda oldum. İnanıram ki, Azəraycandan hələ heç kim mənim qədər telekanala dəvət almayıb".

Müğənni qeyd edib ki, iki dəfə Türk İş Adamları Birliyinin mükafatlandırma mərasimində də iştirak edib:

"Həmin mərasimdə Azərbaycandan bir müğənni olub - o da mən. "Türk dünyasının gözəl səsi" mükafatını almışam.

Sentyabrdan planlarım var. Sadəcə, bu barədə bəri başdan danışmaq istəmirəm. Gedirəm Moskvaya. Orada yaradıcılıqla bağlı bir neçə planlarımız var, həmçinin, bir neçə mahnı yazdırmalıyıq".

R.Civişov Azərbaycanla olacaq bir layihəsindən də söz açıb. O, Xalq artisti Flora Kərimovanı parodiya etdiyini vurğulayıb:

"Mənim həm də parodiya isteadım var. Uşaqlıqdan müxtəlif sənət adamlarının parodiyalarını edirəm. Sadəcə olaraq, bunları heç vaxt üzə çıxarmamışam. Bəzi müğənnilərə baxıram, parodiyalar edirlər, amma bu, gülünc alınır. İstəsələr də, bu, onlarda tam alınmır.

Flora xanımın böyük səsi var, onun ifasında oxumaq istedad tələb edir. Özü də oğlan üçün qadını yamsılamaq çox zor bir işdir. Qadın səsini çıxarmaq çətindir. Mən bunu özümdə kəşf elədim.

Flora xanımı parodiya etməyimi ona göndərdim. Bildirdi ki, mən parodiyaya çox gözəl baxıram. Dedi ki, "bunu səndən gözlədiyimdən də yüksək səviyyədə etmisən. Açığı, bu dərəcədə inanmırdım. Çox xoşum gəldi, səsimi tamam oxşatmısan”.

İcazəsini almışam. Onun iki mahnısını parodiya elədim - "Baxma bu qatarın dalınca", "Eşqimiz elə bu qədərmiş".

Parodiyalarla bağlı bir çox layihələrim var. İnşallah, zamanla bunlarıhəyata keçirəcəyəm".

R.Civişov başqa müğənniləri də parodiya edəcəyini bildirib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}