Azərbaycan "Eurovision-2016"-dan da imtina edib
Tarix: 28-09-2016 14:53 | Bölmə: Şou-biznes


Azərbaycan bu il də "Junior Eurovision-2016" mahnı müsabiqəsində iştirak etməyəcək.

"Eurovision"un təşkilat komitəsindən verilən məlumata görə, 20 noyabrda baş tutacaq müsabiqəyə 17 ölkə qatılacaq.

Reyting.az xəbər verir ki, müsabiqəyə ikinci dəfə ev sahibliyi edən Maltada Albaniya, Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Kipr, Gürcüstan, İrlandiya, İtaliya, İsrail, Polşa, Hollandiya, Malta, F.Y.R. Makedoniya, Rusiya, Serbiya və Ukraynanın 9-14 yaşı təmsilçiləri çıxış edəcək.

Xatırladaq ki, ötən il Bolqarıstanda baş tutan müsabiqədə "Not My Soul" mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib.

Azərbaycan isə müsabiqədən 2014-cü ildə imtina edib. (Mənbə: Qafqazinfo.az)

 




181 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər