17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Arif Səlimov: "Nazpəri Dostəliyeva çoxlarını şoka saldı"
Tarix: 03-10-2016 19:21 | Bölmə: Şou-biznes / Xəbərlər


Saysız-hesabsız mahnıların müəllifi olan bəstəkar-müğənni Arif Səlimov yeni layihəyə imza atıb. O, bu yay 20-dən çox uşaq mahnısı yazıb. Amma həmin mahnıları hansısa müğənniyə etibar edə bilmir.

Hələ bu azmış kimi, belə gözəl mahnıların müəllifi bir ara intihar da etmək istəyib. Görəsən, onu intihara əl atmağa nə məcbur edib?

Arif Səlimov bunun səbəblərinə Reyting.az-da aydınlıq gətirib.

Hazırda yeni mahnılar üzərində işlədiyini deyən A.Səlimov bildirib ki, bu mahnılar hazır olan kimi yeni albomunu da tamaşaçıların ixtiyarına verəcək:

"Artıq Xalq və əməkdar artistlər mənim mahnılarıma müraciət ediblər. Amma mahnılarım tanınsa da, özüm tanınmayan bəstəkarların siyahısındayam. Mən nə vaxtsa, bəstəkar olduğumu sübut edəcəyəm. Əgər doğrudan da mən bəstəkar olmasaydım və ən başlıcası, mənim mahnılarım sevilməsəydi, şöhrətli sənətkarlar niyə Arif Səlimovun mahnılarını oxuyurdu?

Hələ bu harasıdır, artıq gənclər də mənimlə iş birliyi qurublar. 10-a yaxın gəncə yeni mahnı yazmışam. Bundan əlavə, hardasa 20-yə yaxın uşaq mahnıları bəstələmişəm".

A.Səlimovun uşaq mahnıları yazmağa həvəsi qızı dünyaya gələndən sonra yaranıb. Elə buna görə də, hələ ki bu mahnıları qızı üçün özü oxuyur:

"Telekanallarda ürəkaçan heç nə nümayiş olunmur. Mən istəmirəm ki, qızım "filankəs 3 nəfəri qətlə yetirdi", "6 yaşında qızı zorladılar",- kimi süjetləri görsün. Bu səbəbdən də ona uşaq mahnıları oxuyuram. Bundan gözəl nə ola bilər?

Hələ ki ata-bala kimi birlikdə oxuyuruq. Həm də bir acınacaqlı hal var, bu günün sənətkarları uşaq mahnıları oxumaq istəmir. Deyirəm ki, birdən təqdim edərəm, mənə gülərlər.

Tanınmış bəstəkarımız Oqtay Zülfüqarova Allah rəhmət eləsin, o, uşaq mahnılarının dahisi idi! Ondan sonra beləmahnılar çətin ki yaransın.

Yenə də baxacam, yaxşı səsi olana təklif edəcəm. Bir neçə şəxs olsa, qrup yaradarsan. Mənimsə belə imkanm yoxdur. Qayğılarım çoxdur. Anam öldü, depressiyaya düşdüm. Müalicə, filan... Çox qorxulu yuxular görürdüm. O yuxularn təsirindən ayıla bilmirdim. İntihar etmək istəyirdim. Ölümlə mənim aramda az bir məsafə qalmışdı. Az qala intihar edəcəydim.

Eləbir gün olmazdı ki, anam yuxuma gəlməsin. O öləndən sonra tək qaldım, dərdimə şərik tapılmadı. Anam sağ olanda evimiz gəlimli-gedimli olardı, qonaq əlindən tərpənmək mümkün deyildi. Birdən-birə həyatıma qaranlıq çökdü…".

Bəstəkar-müğənni insanların haqsızlıqlarına dözə bilmədiyini də dilə gətirib: "Çörək verdiyin insanlar yediyi qaba tüpürür. Yoluma çox çıxdılar. "O səs Türkiyə" yarışmasına qatıla bilmədim. Orada da qarşıma çıxdılar, mənim əvəzimə başqa adam saldılar. Bilmirəm nə məsələdir. Nə yaxşı ki şeytana uymadım. İndi hər şey yoluna düşəcək.

Yaxşı ki məni sevən, dinləyən insanlar var. Məni gözəl bir məkana dəvət ediblər, orada oxuyuram. Elə bu intihar hissindən ayılandan sonra bir mahnı yazdım...".

Həyatından bəhs edən bu mahnını isə özü ifa etmək fikrindədir: "O hisləri mən yaşamışam. Bunu ancaq yaşadığım səviyyədə özüm ifa edərəm. Mahnının sözlərini də özüm yazdım".

Arif Səlimov: "Nazpəri Dostəliyeva çoxlarını şoka saldı" 

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva referenduma "hə" deyən kimi, telekanalların ona qarşı qadağası aradan götürüldü. A.Səlimov isə deyir ki, Nazpəri xanımın səhnəyə dönüşü çoxlarını şoka salıb:

"Mən isə onun üçün yeni mahnılar yazmışam. Haqq-ədalət öz yerini tapıb. Ya kanal rəhbərləri haqqa gəldi, ya da Allah bunun bir yolunu tapdı. O, böyük bir konsert də verəcək.

Onun təkcə efirlərə deyil, konsertlərə, tədbilərə çıxmasına da mane olurdular. Bu haqsızlıq deyildimi? Mən hələ də anlaya bilmirəm ki, ona niyə qadağa qoyulmuşdu? Çox şükür ki, bu qadağa aradan götürüldü. Mən bu qadağanı götürənlərə "Çox sağ olun!"- deyirəm. İnanıram ki, bu qadağanı bütün telekanallar aradan qaldıracaq.

Onun efirə buraxılmaması hardasa 5 ilə yaxın vaxt apardı. Deyirdilər ki, guya bunu İlhamə Quliyeva təşkil elətdirib. Onun vəfatından sonra bu qadağalar aradan götürüldü. Doğruya da bənzəyir, yalana da... Ən əsası odur ki, Nazpəri xanım ayaqdadır və gözəlliyi ilə ətrafa işıq saçır".

Reyting.az






Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}