"Eurovision-2017"də ölkəmizi Diana Hacıyeva təmsil edəcək – Qərar
Tarix: 05-12-2016 17:05 | Bölmə: Şou-biznes / Xəbərlər

"Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas olub və Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib. Qeyd edək ki, "Eurovision-2017" Ukraynada keçiriləcək.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva "Eurovision 2011”-in seçim turlarında iştirak edib.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}