14:36 / 14-10-2017
Su, su, su!!!
Aygün Kazımova qadağa tətbiq edib
Tarix: 28-12-2016 13:15 | Bölmə: Şou-biznes

Xalq artisti Aygün Kazımova da jurnalistlərə hörmətsizlik edib.

Hadisə bu gün "Lider” TV-nin 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi tədbirdə baş verib.

Belə ki, tədbiri işıqlandırmağa gələn media təmsilçiləri Xalq artistinin qəzəbinə tuş gəliblər. Səhnəyə çıxmağa hazırlaşan Aygün çəkiliş üçün jurnalistlərə qadağa qoyub. O, qələm əhlini sözügedən məkandan çıxardaraq onları görmək istəmədiyini bildirib.

Media təmsilçiləri isə özünü "şou-biznesin divası” adlandıran müğənniyə etiraz edərək məclisi tərk ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Röya Ayxan da jurnalistlərə qarşı bənzər münasibəti sərgiləmişdi. Maraqlıdır ki, Röya ilə düşmən olan Aygün mətbuat üzvlərinə qarşı həmkarının seçdiyi yolu davam etdirir.(Qafqazinfo)




349 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
14-10-2017, 13:17 Səidə Sultan ər axtarır