Şou-biznesdə yeni qalmaqal başlayıb - Qarşılıqlı ittihamlar
Tarix: 05-03-2017 15:23 | Bölmə: Şou-biznes


Müğənni Günay İbrahimlinin "Mənim rəqibim yoxdur" sözü şou-biznesdə qalmaqala səbəb olub. Bəzi tanınmışlar bu sözünə görə ifaçını qınayıblar.

Reyting.az saytı Axşam.az-a istinadla xəbər verir ki, G.İbrahimli "Xəzər maqazin"ə açıqlamasında ünvanına tənqidlər səsləndirən həmkarlarına sərt cavab verib:

"Elə müğənnilər danışdı ki, adları belə yadımdan çıxmışdı. Yoldan keçəndə onları tanımazlar. İllərdir yoxdurlar, məni görüb yadlarına danışmaq düşdü. Elə müsahibə verirəmsə, demək səbəblərim, ortaya qoyulacaq işlərim var. Mənim üstümdən reklam qazandılar. Heç olmasa başqaları danışaydı, onlar yox”.

G.İbrahimli deyib ki, həmin efirdən sonra çoxu ondan üzr istəyib, "elə deməmişik”,-söyləyiblər. Hətta hər şeyi verilişin üstünə atıb, montaj edildiyini də bildiriblər.

Amma o, "Eurivison-2011" qalibi Eldar Qasımovu biabır etməkdən çəkinməyib:

"Heç bir bəyə xanımı əllə göstərmək yaraşmaz. Eldarın prodüseri Facebook-da yazdı ki, Avropada Eldarın qabağına qaçırlar. Onda niyə İnstaqramda Eldarı 19 min adam izləyir, axırıncı videosuna 600 adam baxıb? 2011-ci ildə Azərbaycana birincilik gətirdi, hər yerdə onu tərifləmişəm. Amma 2011-ci il geridə qaldı. 6 il keçib... Nə işlər görüb? Bir mahnısının da adını bilmirəm.

Mən sözümün arxasındayam. Mən Günay İbrahimli adımı təsdiqləmişəm. Mənim oxuduğum mahnılar, hər ay dəyişdiyim stilim hara getdi?".

Müğənni Sevda Yahyayeva da ötən həftə açıqlamasında Günayın "Rəqibsizəm" sözlərinə münasibət bildirmişdi. O, "Sevinirəm ki, 12 ildir ki, qalmaqalsız, şəxsi həyatımı gündəmə gətirmədən, ancaq işlərimlə gündəmdə qalmışam",- sözlərini demişdi.

G.İbrahimli bu həmkarının da sözlərinə münasibət bildirib:

"Mən bəziləri kimi qeyri-qanuni şəxsi həyat yaşamıram. Mənim gizli heç nəyim yoxdur. Yaşadığım şəxsi həyat da qanunidir".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}