Şou-biznesdə gərgin anlar başlayır - Səbəb
Tarix: 11-05-2017 11:48 | Bölmə: Şou-biznes / Xəbərlər


Bu ayın 28-də ölkənin ən maraqlı tele-layihəsi start götürəcək.

Reyting.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, ATV-də yayımlanacaq realiti şouda iştirak edənlərin kimliyi hər kəsin beynində sual yaradıb.

Hər gün canlı yayımlanacaq müsabiqədə iştirak edən məşhurların adları məlum olub.

Məlumata görə, şouda prodüser Tarix Əliyev (Tolik), vaynerlər Səbuhi Xanlarov, Samir Əliyev (Samiraldo), aktrisa Pərvin Abıyeva, müğənni Talıb Tale, aktyor İslam Mehrəliyev, aparıcı Azər İsmayilov kimi tanınmışlar iştirak edəcəklər.

Xatırladaq ki, verilişdə 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}