Firuzə İbadova polislərdən cavab gözləyir
Tarix: 23-05-2017 12:20 | Bölmə: Şou-biznes / Xəbərlər

Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın oğlu (oğulluğu) Orxan Nadirova verdiyi 7 min manatı geri ala bilmir. 

F.İbadovanın sözlərinə görə, il yarımdır ki, Orxanın yolunu gözləyir: "Düşünürəm, Orxan insafa gəlib deyər ki, bu pul sizdən alınıb və geri qaytarılmalıdır. Yoxsa ki, "verməyəcəm!",- deyə, hər yana car çəkir.

İki ilə yaxın vaxt keçir, Orxan, mənim pulumu niyə qaytarmırsan? Axı o pulu sənə dava ilə verməmişəm. Sən o pulu mənə qaytaracaqsan. 

Mən pulumu istəyəndə o, yaxın dostu Vüqar Bəkirova deyir ki, getsin, nə istəyirsə eləsin, pulu qaytarmayacam. Onun bu sözü mənə ağır gəldi. Orxan mənim övladım yerindədir. Gözümün qarşısında böyüyüb. Gərək o, mənim ünvanıma bu ifadəni işlətməyəydi. Əgər işlədibsə, arxasında da dayansın. O pulu qanuni yolla Orxandan alıb mənə verəcəklər".

47 ildir səhnədə olduğunu deyən müğənni bildirib ki, rəhmətlik İlhamə xanım vaxtilə Orxana deyib ki, pulu qaytarsın. Amma Orxan buna da məhəl qoymayıb.

İşin hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını diqqətə çatdıran F.İbadovanın sözlərinə görə, Orxana pulu qızını işə düzəltmək məqsədi ilə verib:

"Dedi ki, Firuzə xanım, bir az şirinlik kimi pul vermək lazımdır ki, qızınız da işə düzəlsin. Mən də razı oldum.

İlhamə xanım xəstəxanada yatırdı. Dedi ki, Vüqar, Firuzədən pulu al ver Orxana, mən işi həll edəcəm. Mən də verdim. Arxayın idim ki, İlhamə xanım sağdır. O da böyük sənətkar idi, onunla bacı kimi idik. Bizim onunla bir kəlmə söz-söhbətimiz olmadı. İlhamə xanıma arxayın idim. Uzaq başı götürüb zəng edəcəydi. Onun sözünə sorğu-sual yox idi, sayılırdı, hörməti vardı. Bu baxımdan mən də inandım. Yoxsa, Orxana pul verənəm... O isə indi deyir ki, pulum yoxdur, vermirəm".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}