Duş otağında aktrisanın şəklini gizli çəkməyə çalışırlar - Çimnaz Sultanova
Tarix: 13-06-2017 13:34 | Bölmə: Şou-biznes


"Vicdan haqqı” serialının Larisası Çimnaz Sultanova plastik əməliyyat etdirməsi barədə yayılan şayiələrə aydınlıq gətirib.

Reyting.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, tanınmış aktrisa xanımların ona paxıllıq etdiyini, bu səbəbdən belə şərhlər yazdığını söyləyib.

Sultanova qeyd edib ki, duş otağında belə onun şəklini çəkməyə çalışırlar:

"Əziz və gözəlliyimin paxıllığını çəkən xanımlar! Mən heç vaxt sizdən gözəllik sirlərimi gizlətməmişəm, həmişə səhifəmdə paylaşmışam. Etikanın nə olduğunu bilməyən xanımlar geyim və duş otağında gizli şəklimi çəkməyə çalışırlar. Ümumiyyətlə, hər yerdə gizli şəklimi çəkmək istəyən şərəfsizlər var”.

Aktrisa daha sonra qeyd edib: "Mən plastik əməliyyat etdirsəydim, sizdən gizlədərdim? Əksəriyyəti düşünür ki, həkimlərin reklamına çəkilmişəmsə, deməli, plastik əməliyyat etdirmişəm. Əsla! "Plastik əməliyyat etdirib” yazan paxıl xanımlar, sakitləşin. Bilin ki, paxıllıq insanı qocaldır. Sevgi isə cavanlaşdırır və gözəlləşdirir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}