Xuraman Natəvana görə hədəfə çevrilib
Tarix: 24-07-2017 14:12 | Bölmə: Şou-biznes / Xəbərlər

Bir neçə gün öncə müğənni Natəvan Həbibinin Səid Əliyevlə (Dado) ikinci toyu (oğlan toyu) oldu. Həmin məclisdə Natəvanın ən yaxın rəfiqələri, keçmiş "W-trio"çular Xuraman Şuşalı və Səidə Sultan da iştirak ediblər.

Toyda diqqətçəkən məşhurlardan biri də X.Şuşalı olub. İfaçının qara rəngli, ərəb xanımlarının üslubuna xas geyimi və fərqli aksessuarlarını sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıblar. Müzakirələrə səbəb olan geyim tərzinə görə, Şuşalını təhqir edənlər də tapılıb. Bu isə X.Şuşalını instaqram səhifəsindəki şərh bölümünü bağlamaq məcburiyyətində qoyub.

Müğənni Xuraman Şuşalı "Reytinq”ə toydakı geyimindən danışıb:

"Mənim kiminsə məsləhətinə ehtiyacım yoxdur. İstəmirəm ki, kimsə mənə nəsihət versin. Bunu özlərinə saxlasınlar. Kimin nə ixtiyarı var ki, məni tənqid eləsin? Adamdan soruşarlar ki, sənin məsləhətinlə geyinməliyəm?”

X.Şuşalı deyib ki, şəklinin altında yazılan şərhlərin hamısını oxuyub:

"Tamaşaçılarımın bəziləri məni o libasda bəyənir, bəziləri bəyənmir. Mən də baxdım ki, yazılanlar ürəyimcə deyil, şərh blümünü bağladım.

Bu gün cəmiyyətdə şirə dönmüş çüçələr var. Həmin cücələr sosial şəbəkələrdəki saxta profillərin altında gizlənirlər. Hansı ki, onlar heç özlərini tanımır, özlərindən xəbərləri yoxdur. Belə adamlar məni maraqlandırmır.

İstədim ki, Natəvan Həbibinin toyunda özəl olum. Bu arzumu həyata keçirdim...”.

Qeyd edək ki, müğənniyə ünvanlanan suallardan biri də "yaşmaqla toyda necə yemək yeyib”,- idi.

Bu suala müğənninin cavabı belədir:

"Mən toyda sona qədər olmadım. Başqa yerə dəvətli idim, çəkilişlərim çox idi... Fotosessiya edəcəydim. Sadəcə olaraq Natəvanı gəlin köçürüb getdim”.

N.Həbibinin qız toyuna qırmızı rəngdə paltar geyinən X.Şuşalı fikirləşib ki, bu dəfə fərqli geyim seçsin: "Toya iki gün qalmış fikrimi dəyişdim. Tünd qara rəngi sevmirəm. Məclisə-toya qara rəngli paltar geyinmirəm. Amma qara rəngli paltar qardirobumda var. Sağ olsun stilistim, yaşmaqdakı aksessuarları o hazırlatdırıb. Geyindim, açığı, çox bəyəndim. Yəni, mən sıradan bir müğənni deyiləm, seçilən sənətçiyəm. Təbii ki, geyimim də yüz nəfərdən seçilməlidir.

Fərqlilik etməyi də çox sevirəm. İnsan gərək həmişə öz üzərində işləsin, fərqli geyinsin. Burda qəribə heç nə yoxdur. Mən gündəlik həyatda belə geyimdə gəzmirəm. Düzdür, məni bu geyimdə görənlər Dağıstandan mesaj yazdı ki, camaat orda gündəlik belə geyinir. Dağıstanda dəb belədir. Mən də onu Azərbaycana gətirdim, kim istəyir istifadə eləsin”.

Sadə geyimləri sevən müğənni diqqət mərkəzində olmağı da xoşlayır: "Amma bu qədər yaxın rəfiqəmin özəl gününə niyə sadə geyməliyəm? Niyə fərqlənməməliyəm? Necə istəyirəmsə, elə də yaşayıram. Mənə kimsə ağıl öyrətməsin”.

Oğlan toyunda sona kimi oturmamısına gəlincə, X.Şuşalı bunu belə əsaslandırıb:

"İçki məclisidir, mən orda necə otura bilərəm? Amma Natəvanın toyunda çox oturdum. Çünki o toyda içki yox idi, Natəvan mənə görə bütün içkiləri yığışdırmışdı. İçki yalnız saat 9-dan sonra olub.

Mən ona dedim ki, xına edənlərin sayı çoxdur. Kimi istəyirsən, onu dəvət elə. Dedi, yox ey, sən oturmalısan. Özü də sona kimi.

Natəvan mənə belə bir təklif edibsə, mən niyə ona qarşı jest etməyim? Allah onu xöşbəxt eləsin!”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}