13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
Elza Seyidcahanın böyük qalmaqalı başlayır - İşi məhkəmə araşdıracaq
Tarix: 03-08-2017 14:20 | Bölmə: Şou-biznes / Slayd

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın benzinin bahalaşmasına həsr etdiyi şeir müzakirəyə səbəb olub. Bəstəkar isə iddia edir ki, həmin şeiri o yazmayıb.

E.Seyidcahan "Reytinq"ə deyib ki, "Qoy qaldırsınlar, sən də qaldır, mən də qaldırım" başlıqlı şeirini onun adından kimlərsə yazaraq, paylaşıblar. Bu səbəbdən də, o, məhkəməyə müraciət edib:

"Adımdan şeir yazan şairciyəzlərin kimliyi yaxın günlərdə bilinəcək. Mən, adımdan şeir yazanları məhkəməyə verəcəyimi dəfələrlə bildirsəm də, bu addımı atmamışdım. Amma bu dəfə məsələnin üstündən sakit keçmək fikrində deyiləm. Həmin şeiri yazanlar məhkəmədə cavab verəcəklər". 

E.Seyidcahanın sözlərinə görə, 2013-cü ildən onun adından anonim yazılar yazılır: "Onlar müxtəlif mövzularda şeirlər, fikirlər səsləndirirlər. Bəziləri elə bilir ki, doğrudan da o şeirləri mən yazmışam. Hətta mənə bir-iki dostum zəng edib ki, həmin şeirləri sən yazmısan?"

Hazırda şeirlər kitabının çapı ilə məşğul olan bəstəkar-müğənni bildirib ki, bütün fikri şeirlərindədir: "Çalışıram ki, orada bir vergül belə səhv getməsin. Mən hər şeirimə cavabdehəm. Onlar isə utanmadan, çəkinmədən yazırlar ki, Elza benzinin qiymətinə şeir yazıb. Həmin şeirləri mənim adımdan paylaşan saytları məhkəməyə vermişəm".

E.Seyidcahan həmin şəxsləri məhkəmələr vasitəsi ilə cəzalandırmaq istəyir: "Onlar cəzalanmayanca rahat olmayacam. Onlar nə dərəcədə qudurublar ki, mənim adımdan şeir yazırlar? Həmin adamlara ağır cəza verdirəcəm. Utanmırlar..."

E.Seyidcahan daha bir yeniliyə imza atacaq: "Tezliklə qeyri-adi, analoqu olmayan bir kitabı oxucuların ixtiyarına verəcəm. Kitaba təqdimetmə mərasimi keçirəcəm. Düşünürəm ki, mənim kitabımın üstündə böyük çaxnaşmalar olacaq, hamı bir-birinə dəyəcək. Hamı, hətta böyük yazıçı və şairlər belə o kitabıəldə etməyə çalışacaq. Azca səbrli olun, şairlər və eyni zamanda qələm əhli, görün, şair necə olar".

Bəstəkar-müğənninin layihələri çoxdur. Deyir ki, çoxlu mahnılarım var: "Kor olmuşam", Leyla Əliyevanın sözlərinə bəstələdiyim mahnı "Mənə bir kəlmə söz söylə" xüsusi əhəmiyyət kəsb edir. Bu mahnı romansdır. Həmin mahnını müsabiqəyə də təqdim etmişəm. "Gözəlim", "Analar" romansları da yazılıb. Bundan əlavə, solo konsert də verəcəm. Yaxın günlərdə isə "Ərə gedirəm" adlı solo konsertim olacaq". 

Reyting.az




289 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
7-09-2017, 14:53 Bəzi banklar bağlanacaq