23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Müğənninin məhkəməsi olub – Qərar
Tarix: 14-08-2017 14:22 | Bölmə: Şou-biznes / Xəbərlər


Ali Məhkəmədə əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilən müğənni Maral Tahirqızının barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Reyting.az saytı Report-a istinadla xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsini apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}