17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Arif Qazıyev: "İlhamə Quliyeva şou-biznesin "qanuni oğrusu" idi"
Tarix: 07-03-2016 18:04 | Bölmə: Şou-biznes / Xəbərlər


Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişsə də, onun haqqında söz-söhbətlər səngimir. Kimi onun mal-mülkünü bölür, kimi ona varis axtarır, kimi də Flora adında qızının olmasından danışır.

İlhamə Quliyeva ilə uzun müddət çiyin-çiyinə işləmiş Muğam Teatrının sabiq direktoru Arif Qazıyev "Reytinq"ə müsahibəsində bu söz-söhbətlərə aydınlıq gətirib:

"İlhamə xanım insan kimi çətin insan idi. Ona görə də gərək, onunla dil tapa biləydin. Kini yox idi. Amma onunla elə danışmaq lazım idi ki, inciməsin, küsməsin. Çox tez küsürdü. Amma onun yaxşılıqları da çox olub.

Anası Tükəzban xanım da yaxşı insan idi. Bu sənətdə xidmətləri olub. Çox da məhşur xanəndə olmayıb, amma öz dövrünün sənətkarlarından biri olub. Ad-san, mükafat da aldı. Yaxşı mahnıları var idi, bir-iki dənə də Azərbaycan muğamları yazdırdı. Deyim ki, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova idi, yox, elə deyildi. Adi oxuyanlardan biri idi".

İlhaməxanımın T.İsmayılovanın yeganəvarisi olmadığını deyən A.Qazıyev bildirib ki, onun bacıları da olub. Amma bacıların doğma, yoxsa ögey olduğunu bilmir: "İlhaməxanımın varisi isəOrxan idi. Onu oğulluğa götürmüşdü. İndi Əli Mirəliyev haradan varis ola bilər ki?"

İ.Quliyevanın doğma qızının olması ilə bağlı yayılan şaiyələrə gəldikdə, A.Qazıyev onun vaxtilə ailə qurduğunu təsdiqləyib: "Bir dəfə ailə qurdu. Yadınızdadırsa bir ara İlhamə Mirmövsümova soyadında çıxış elədi. Ailə qurduğu oğlan televiziyada işləyirdi. Amma bir ay çəkmədi ki, ondan ayrıldı. Toyuna məni də dəvət eləmişdilər, amma getmədim. Boşanandan sonra dedilər ki, guya oğlan içki düşkünüdür. Nəsə, tez zamanda boşandılar. Onun heç vaxt övladı olmadı. Mən İlhaməxanımla dostluq etmişəm, amma heç vaxt eşitməmişəm ki, onun uşağı var".

Şou-biznes nümayəndələrinin son vaxtlar İ.Quliyevaya sayğısızlıq etmələrinə gəlincə, A.Qazıyev bu barədə danışmağa çətinlik çəkdiyini deyib: "Amma onu yola salmağa xalq gəlmişdi. Mən də ordaydım. Dedim ki, gəlin onu sonuncu dəfə səhnədən götürəndə əl çalaq, alqışla yola salaq.

Ora çox adam tamaşaya gəlmişdi. İstəyirdilər görsünlər ki, onu necə yola salacaqlar.

İlhaməxanım Azərbaycan sənət dünyasında səsi, sənəti ilə sevilib, tanınan sənətkardır. Hər bir insanın mənfi xüsusiyyətləri var. Kim onun haqqında nə düşünürsə-düşünsün, özü bilər, bir də Allahı. Bu, onun sənətinə hörmətsizlikdir. Unutmayaq ki, onun böyük sənəti var idi. İlhamə xanımın oxuduğu mahnılar var ki, onu bundan sonra heç kəs onun kimi oxuya bilməyəcək. Kim onun ölümünə sevinirsə Allah bəlasını versin! İlhamə dünyaya xanım kimi gəlib, xanım kimi də getdi".

Onu da qeyd edək ki, sağlığında İ.Quliyevanın ətrafına düşə bilməyən, ondan qorxan sənət adamları indi sanki onun ölüsü ilə mübarizəaparırlar. Sabiq direktor isəbunu ayıb sayır:

"Ayıbdır,ayılın, bu sırtıqlıqdan, paxıllıqdan, gözü götürməməzlikdən!.. İlhamə ölüb öz yerinə ölüb. Ona niyə sevinsinlər? Nə etməliyik? Pisliyindən danışmalıyıq? Kimin mənfi cəhəti yoxdur ki? Vallah mən ölsəm ondan da çox danışacaqlar.

İlhamə göz qarşısında, şou-biznesdə idi. O, şou-biznesin "qanuni oğrusu" idi. Gələn hamı başına yığılardı. Hərənin bir xasiyyəti var, bunlar da belədir, dirisinə gücləri çatmır, ölüsündən yapışırlar.

Onun yaxın dostu Vahid Əziz də ordaydı, mən təklif elədim ki, gəlin İlhaməni alqışla götürək. Onun sənətinə böyük hörmətim var, mən onu yaradıcılığına həmişə maraq göstərmişəm.

Gərək o, şou-biznesəqoşulmayaydı. Görürsən, Zeynəb Xanlarovanı, o, həmişə özünü uca tutdu. Belə də lazımdır. Bu da hara gəldi getdi, harda, kimin yanında nə gəldisə, danışdı. Beləşeylər isə sənətkarı hörmətdən salır".





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}