11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Flora Kərimova: “Zeynəb Xanlarovanın mənə gücü çatmaz”
Tarix: 24-08-2017 11:56 | Bölmə: Şou-biznes
Flora Kərimova: “Zeynəb Xanlarovanın mənə gücü çatmaz”
Zaman-zaman mətbuatda sənətkarlar arasında müəyyən söz-söhbətlər yarandığının, hətta bunun düşmənçilik səviyyəsinə çatdıqlarının şahidi olmuşuq. Xalq artistləri Flora Kərimova və Zeynəb Xanlarova da həmin sənətkarlardandır.
"Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.
Bu sözləri bir müddət bundan əvvəl Flora Kərimova bildirmişdi. Buna baxmayaraq Z.Xanlarovanın barışmaq üçün addım atdığını deyənlər də var. Maraqlıdır, xalq artistləri aradakı buzları əridə bilibmi? Doğurdanmı barışığa imza atılıb?
F.Kərimova bununla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Zeynəb Xanlarova və ya başqaları tərəfindən barışmaq üçün irəli sürülən təşəbbüslərdən xəbərdar deyil:
"Zeynəb Xanlarova mənim üçün heçdir, yoxdur. Ona görə də onunla bağlı nə varsa, məni maraqlandırmır. O heç vaxt mənə düşmən ola bilməz. Heç o qüdrətdə də deyil. Haralara yazır yazsın, ya da harada səsimi batırmaq istəyirsə istəsin, bir varlıq kimi Zeynəb Xanlarovanın mənə gücü çatmaz. O indiyə qədər mənə sataşdı və cavabını da aldı. Bundan sonra Allahın yanına qalxsa da, mənimlə bacarmayacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}