ATV müğənnilərdən rüşvət tələb edir - Nura Suri
Tarix: 26-09-2017 19:57 | Bölmə: Şou-biznes / Xəbərlər
ATV müğənnilərdən rüşvət tələb edir

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) rəhbər şəxsləri bəzi müğənnilərin əməyindən su-istifadə edərək, onlardan telekanalın efirinə çıxmaq üçün ya rüşvət tələb ediblər, ya da əməklərindən şəxsi məqsədləri üçün yararlanıblar.

Reyting.az-ın xəbərinə görə, Azərbaycanın populyar estrada müğənnisi Nura Suri Baku.ws-ə deyib ki, ATV-nin vitse-prezidenti Rauf Dadaşovun (Artıq işdən çıxarıldığı bildirilir-red.) qardaşı Fuadın şəxsi restoranı var: “ATV-dən müğənniləri həmin restorana pulsuz şou-proqrama göndərirdilər. Müğənnilər ATV kanalının efirinə iki halda çıxa bilir, ya pul ödəməlisən, ya da onların göndərdiyi tədbirlərdə pulsuz çıxış etməlisən”.

Nura Suri bildirib ki, toy tədbirlərinə, restoranlara, şou-proqramlara və dövlət tədbirlərinə görə müğənnilərin 90 faizinə pul ödənilmir:

"Bölgələrdə dövlət tədbirləri olur və o tədbirlərə getmək üçün bizə heç avtobus belə ayırmırlar. Yola da, stilistlərə də öz cibimizdən xərcləyirik. ATV kanalında Tural adlı prodüser var. Bütün bu tədbirlərə müğənniləri Tural çağırırdı. Zəng edib deyir ki, Rauf müəllim istəyir ki, filan tədbirdə, filankəsin toyunda oxuyun. Tanımadığımız adamların toyuna gedib, pulsuz oxuyurduq”.

7 ildən çoxdur vergi ödəyicisi olduğunu deyən müğənni bildirib ki, pul almadığı tədbirlərə görə də vergi haqq-hesab çəkir: “Gəlib soruşacaqlar ki, bu tədbirlərdə oxumusan. Mən onlara necə sübut edim ki, biz tədbirlərdə pulsuz oxuyuruq. Mənim efirə çıxmamağımın bir səbəbi də budur”.

Müğənni Azərbaycanda yalnız “Lider” və “Xəzər” kanalında efirə çıxdığını sözlərinə əlavə edib. Nura Suri bu iki kanalda belə bir halla üzləşmədiyini söyləyib:

"Bu problemlər həmişə ATV kanalında yaşanıb. Bir çox müğənni ATV kanalında "qara siyahı”dadır. Müğənnilərə qarşı efirdə aqressiya yaradırlar. Harasa çağırıb, getməmisən... Əvəzində efirə çağırıb "vurmağa” başlayırlar. Efirdə artıq-əskik sözlər danışıb müğənnini gözdən salmağa çalışırlar. Ona görə 2 ildir ki, ATV kanalında efirə çıxmıram. Yalnız, 106 və 106.3 FM-də mahnılarım indiyə kimi səslənib. Radioda neqativ hallarla qarşılaşmamışam”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}