Aygün Bəylər nazirin qohumuna ərə gedir
Tarix: 25-11-2017 14:30 | Bölmə: Şou-biznes / Xəbərlər
Aygün Bəylər nazirin qohumuna ərə gedir

Azərbaycanlı müğənni Aygün Bəylər ikinci dəfə ərə gedir.

Reyting.az saytı Yenicag.az-a istinadla xəbər verir ki, əməkdar artistin toyu dekabrın 27-də olacaq.

Bəyin kimliyinə gəlincə, bu, nazirlərdən birinin əmisi oğludur. Artıq cütlüyün kəbini də kəsilib.

Qeyd edək ki, son günlər Aygün Bəylər yeni imici ilə gündəmə gəlir. Görünür, onun görkəmində dəyişiklik etməsi əbəs deyilmiş.

Maraq üçün onu da bildirək ki, Aygün Bəylər bir dəfə qeyri-rəsmi nikahda olub, onun Canan adlı qızı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}