12:41 / 17-10-2018
Sabahın hava proqnozu
20:23 / 16-10-2018
Paşinyan istefa verdi
İlhamə Quliyevanın oğlu həbs edilib - Foto
Tarix: 09-12-2017 12:08 | Bölmə: Şou-biznes / Xəbər lenti
İlhamə Quliyevanın oğlu həbs edilib

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, Cinayət Məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, O.Nadirovun keçmiş dostu Vüqar Bəkirov bu ilin mayında Lent.az-a müsahibəsində bu barədə danışmışdı. O, bildirmişdi ki, O.Nadirov bir neçə şəxsə pul borcludur və buna görə də barəsində Binəqədi Rayon Polis İdarəsində iş gedir. V.Bəkirov onu da əlavə etmişdi ki, Orxan onun etibarından istifadə edərək bir neçə nəfərdən pul alıb.

Xatırladaq ki, əməkdar artist Firuzə İbadova da bir müddət öncə açıqlamasında O. Nadirovun ona borclu olduğunu deyib. Müğənni hətta bununla bağlı bir neçə adiyyəti orqana müraciət etdiyini də açıqlayıb.

Daxili İşlər Nazirliyi Nazirliyin mətbuat xidməti O. Nadirovun həbsini təsdiqləyib. APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində ötən gün tutulub.

İlhamə Quliyevanın oğlu həbs edilib

Reyting.az




Bölməyə aid digər xəbərlər