16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məleykə Əsədova 100 min manatdan imtina edir
Tarix: 27-12-2017 11:41 | Bölmə: Şou-biznes / Xəbərlər
Məleykə Əsədova 100 min manatdan imtina edir

Xalq artisti Məleykə Əsədova “Bizimləsən” verilişində xalq artisti Ramiz Məliklə aralarında yaşanan qalmaqaldan danışıb.

Əsədova qarşı tərəfdən istədiyi təzminat məsələsi ilə bağlı suala cavabında deyib ki, bu mövzuda danışmaq istəmir:

“Bilsəydim bu mövzudur, gəlməzdim. Mənim tamaşamdan danışaq. Hər bir insan danışmağıyla daxili mədəniyyətini göstərir. Kimisə tanımaq istəyirsinizsə, müsahibəsini oxuyun”.

29 ildir səhnədə olduğunu deyən aktirisa gündəmdə obrazları ilə qaldığını bildirib:

“Mənə bu gün söz atanın da vaxtilə müdafiəsini çox etmişəm. Həmişə yeni tamaşa təqdim edəndən sonra məni bu cür qalmaqala salırlar. Yenə də “Cəhənnəm sakinləri”ndə oynadım, anşlaq oldu. Səhəri belə bir qalmaqal yarandı. Bu qədəri hələ olmamışdı. Oturduğum yerdə oldu. Yəqin mənim varlığımı qəbul etmirlər”.

Məleykə Əsədova 100 min manatdan imtina edir

Məleykə Əsədova tələb etdiyi təzminatdan bir qəpik də istəmədiyini bildirib: “O puldan mənim evimə girməyəcək. Pulu olmayan dilinə yiyəlik etsin".

Qeyd edək ki, M.Əsədova onu və ailəsini təhqir edən R.Məlikdən 100 min təzminat istəyir.

Aktyor isə Əsədovadan 300 min təzminat tələb edir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}