Teleaparıcı yeni telekanal açır - İşə qəbul başlayıb
Tarix: 14-02-2018 23:45 | Bölmə: Şou-biznes
Teleaparıcı yeni telekanal açır

Tanınmış teleaparıcı Ülvira Qarayevanın ARB-dən getməsinin səbəbi bəlli olub.

Məlumata görə, aparıcı yeni internet televiziyası yaradır və elə buna görə də ARB-dəki işindən ayrılıb.

Yaxın günlərdə fəaliyyətə başlayacaq televiziya üçün hazırda işçilər yığılır.

Reytingaz saytı yenicag.az-a istinadla xəbər verir ki, yeni işi üçün əməkdaşları Ülvira Qarayevanın özü seçir.

Qeyd edək ki, aparıcı ARB-dən getməsi ilə bağlı bu günlərdə sosial şəbəkədə özü məlumat verib:

“ARB TV-nin “Günə son” verilişi sevimlilərim siyahısına yazıldı, format, dekor və imkanlar baxımından mənim üçün seçildi və nə yaxşı ki, ARB-də işləmək şansım oldu. Bütün iş yoldaşlarıma – qırğınla efirə çıxdığım, sonra dostlaşdıqlarıma, ilk gündən səmimi olduqlarıma – hər kəsə təşəkkür edirəm. Kimisi mənə yenidən saflığı, kimisi yaxşılığa doğru dəyişmək potensialını göstərdi. Ümumi şəkildə olanların və olmayanların hamısının mənim üçün yeri başqadı”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}