Aşıq Samirə: “Üçüncü dəfə ailə qurmayacam”
Tarix: 07-03-2018 12:17 | Bölmə: Şou-biznes
Aşıq Samirə: “Üçüncü dəfə ailə qurmayacam”

“Əvvəllər elə bilirdim ki, xoşbəxtlik hər zaman olur. İllər öncə deyirdim ki, artıq mən xoşbəxtəm. Amma elə xoşbəxt anlar olur ki, insanın ömründə, yaddaşında iz buraxır. Bu gün xoşbəxtliyim çoxdur, amma tam deyil. Bu da arada bir mənə sıxıntı verir”.

Bu sözləri Aşıq Samirə Əliyeva “Show time” verilişinə deyib.

Xoşbəxtliyindən və şəxsi həyatından da danışan Aşıq Samirə bildirib ki, ən böyük xoşbəxtliyi sağlamlığımdır: “Sonra da işimin olması, heç kimdən aslı olmamağım, övladlarımdır. Bircə çatışmayan həyat yoldaşıdır. O da ki... Öz taleyimlə barışmışam. Allah başqa sıxıntılardan qorusun”.

Samirə əlavə edib ki, üçüncü dəfə ailə qurmayacaq:

“Artıq bu “kitab” mənim üçün bağlandı. Maşallah, qızım böyüyüb, bu gün, sabah elçiləri gələn vaxtıdır.

Amma belə bir deyim də var ki, “heç vaxt “heç vaxt” demə”. Buna pis də baxmıram. Əvvəl düşünürdüm ki, insanlar nə deyər? İndi o tənqidlərə də fikir vermirəm. Bəlkə də nə zamansa qarşıma çıxar, amma ağlımla düşünüb, yox deyərəm. Bəlkə sabah bilmirəm kimsə hissimi cilovlayar... Amma yenə də istəmərəm. Sabah qarşıma yaxşı bir bəy də çıxsa, çalışacam ki, evlilik yolunda addım atmayım”.

Qeyd edək ki, Samirə ikinci dəfə prodüseri Rizvan Məmmədovla ailə qurmuşdu. Cütlük bir müddətdən sonra ayrılmışdı. Cütlük 2016-cı ildə yenidən barışdığını bildirmişdi. Hazırda onlar yenidən ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}