23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Aktrisa nişanını qaytarmasının səbəbini açıqlayıb
Tarix: 12-03-2018 20:21 | Bölmə: Şou-biznes / Xəbərlər
Aktrisa nişanını qaytarmasının səbəbini açıqlayıb

Aktrisa Pərvin Abıyeva “Sənətsevər” verilişində şəxsi həyatında söz açıb.

Aktrisa deyib ki, bir dəfə nişanlı olsa da, ayrılıb.

“İlk məhəbbətim çox olub, hansı birini deyim? (gülür) Gözəllik xəstəsiyəm, fərqi yoxdur, qız, ya oğlan”,- deyən Pərvin bildirib ki, keçmişimə ilişib qalan insan deyil:

“Gələn gedəni unutdurur. Mən də bu şüarla yaşayıram. Həmişə gələcəyimə baxıram.

Sevgi qadınıyam, özümü sevgisiz təsəvvür etmirəm. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm. Gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, “Tanınmış aktrisa olacaqsan” inanmazdım. Çünki 17 yaşında nişanlı olmuşam. 19 yaşımda toyum olacaqdı. Bu münasibət ailəmin istəyi ilə qurulmuşdu. Ən çox da anam istəyirdi ki, həmin şəxslə ailə qurum. Amma alınmadı".

Nişanlandığı şəxsin saxtakar olduğunu deyən Pərvin sonradan öyrənib ki, həmin şəxs həm nişanlı, həm də evli olub:

“Məndən əvvəl həyatında nə qədər qadın var imiş. Buna görə də ailə qurmaq alınmadı. Düşünürdüm ki, bununla adım çıxıb, hamı bilir. Bədbəxt olsam belə, onunla ailə qurum. Elə oldu ki, işə girdim, dedim dünyagörüşüm artsın. O günə qədər evdə otururdum, evdarlıq edirdim. Heç kim inanmaz ki, mən hətta inək də sağa bilirəm. Birdən gözüm açıldı və dünyanı gördüm. Dedim ki, bununla bədbəxt olacamsa, onsuz olum. Həmin münasibətdə o qədər əsəbiləşirdim ki, məndə nevroz xəstəliyi yarandı”.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}