Cazibədar aktrisa kişiləri yoldan çıxarır » Reyting.az
Cazibədar aktrisa kişiləri yoldan çıxarır - Fotolar
Tarix: 10-04-2018 22:32 | Bölmə: Şou-biznes / Fotoqalereya / Xəbər lenti
Cazibədar aktrisa kişiləri yoldan çıxarır

Cazibədar aktrisa Gülşən Hüseynli əks cinsin nümayəndələri tərəfindən sevgi təklifləri alır. Amma o, bu təkliflərin çoxunu cavabsız qoyur.

Reyting.az
-ın xəbərinə görə, G. Hüseynli yenicag.az-a bildirib ki, sosial şəbəkələrdə fotosunu paylaşan kimi şərhlər yazmağa başlayırlar: “Hələ o şəkil biraz açıq-saçıq olsa, lap dəli olurlar. Kişilər yazır ki, çox cazibədarsan, çox seksualsan, gözəl ayaqların var, baxışların adamı yoldan çıxarır. Mənimlə sevgili olmaq istəyirlər. Onlara elə gəlir ki, pulludurlarsa, deməli, məni əldə edə biləcəklər. Heç də belə deyil. Oğlan gərək mənim ürəyimə yata ki, onunla sevgili olum. Seçdiyim kişi mütləq diqqətli, mehriban, alicənab olmalıdır”.

Özünü gözəl qadın sayan aktrisa qadınların ona paxıllıq etdiyini deyib:

“Uzunboy və uzunayaqlı olmağımı çoxları həzm edə bilmir. Paxıllığımı çəkən qadınların sayı həddən artıq çoxdur. Hətta yanımda durub şəkil belə çəkdirmək istəmirlər. Açıq şəkildə etiraf edirlər ki, yanında kompleksə düşürük. İndi günah məndə deyil ki, Allah məni belə gözəl yaradıb”.

Cazibədar aktrisa kişiləri yoldan çıxarır
Cazibədar aktrisa kişiləri yoldan çıxarır
Cazibədar aktrisa kişiləri yoldan çıxarır




Bölməyə aid digər xəbərlər